...

Azərbaycanda məscidlərin elektron axtarış sistemi hazırlanıb

Cəmiyyət Materials 7 Fevral 2017 11:17 (UTC +04:00)
"GoMap" Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) saytı üçün Azərbaycan məscidlərinin axtarış xəritəsini təqdim edib.
Azərbaycanda məscidlərin elektron axtarış sistemi hazırlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

"GoMap" Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) saytı üçün Azərbaycan məscidlərinin axtarış xəritəsini təqdim edib.

Trend-in məlumatına görə, İdarənin təqdim etdiyi siyahı üzrə GoMap.az layihəsi tərəfindən hazırlanmış axtarış xəritəsi ölkədə rəsmi qeydiyyatda olan və hazırda fəaliyyət göstərən məscidlərin dəqiq ünvanları haqqında məlumat verir.

İnteraktiv axtarış xəritəsini açmaq üçün QMİ-nin rəsmi internet saytının (www.qafqazislam.com) “Məscidlər” bölməsinə daxil olmaq tələb olunur.

Xəritədən istifadə etməklə istənilən məscidə tərəf hərəkət edən marşrut nömrələrini, habelə yaxındakı ictimai nəqliyyat dayanacaqları haqqında məlumat əldə etmək olar.

Mobil istifadəçilər xəritəni açmaq üçün m.gomap.az/qafqazislam keçidindən yararlana bilərlər. Hazırda bu keçid "Android" və "iOS" əməliyyat sistemlərini dəstəkləyən smartfonlar üçün nəzərdə tutulub. GoMap.az portalından verilən xəbərə görə, bir neçə ay içində mobil istifadəçilər xəritəni birbaşa QMİ-nin rəsmi saytından aça biləcəklər və xəritə "Android" və "iOS" ilə yanaşı, "Windows" əməliyyat sistemlərini də dəstəkləyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti