...

Xocalı soyqırımına həsr olunmuş "Qanlı izlər" sərgisi keçiriləcək

Cəmiyyət Materials 8 Fevral 2017 14:24 (UTC +04:00)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı filialının təşkilatçılığı ilə Xocalı soyqırımının 25 -ci ildönümünə həsr olunmuş "Qanlı izlər" adlı sərgi və tədbir keçiriləcək.

İdarədən Trend-ə verilən məlumata görə, sərgidə kitabxana oxucularının və könüllü rəssamların əl işləri nümayiş etdiriləcək.

Qatılmaq istəyən hər bir kəs özü haqqında qısa məlumat və əl işlərinin fotosunu aşağıda göstərilən mail ünvanına göndərə bilər.

İştirakçılardan tələb olunur:

Müəllifin əl işi özünəməxsus olmalı
Sərbəst ölçüdə və çərçivədə olmalı
Rəsmlər mövzuya uyğun olmalı

İşlərin qəbulu fevral ayının 20 -si başa çatacaq. Əlavə məlumat: [email protected]

Əlaqə telefonları:
012 490 49 01
070 391 06 76
055 792 01 76

Məqalədə:
Xəbər lenti

Xəbər lenti