...

Nazir müavini: Bu problemlərin aradan qaldırılması istiqamətində işlər aparılmalıdır

Cəmiyyət Materials 1 İyun 2017 10:02 (UTC +04:00)
Azərbaycanda turizm statistikasının hazırlanmasında inkişaf müşahidə olunur, lakin buna baxmayaraq turizm statistikasının hazırlanmasında bir sıra həll olunmamış məsələlər mövcuddur.
Nazir müavini: Bu problemlərin aradan qaldırılması istiqamətində işlər aparılmalıdır

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda turizm statistikasının hazırlanmasında inkişaf müşahidə olunur, lakin buna baxmayaraq turizm statistikasının hazırlanmasında bir sıra həll olunmamış məsələlər mövcuddur.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu Turizm Şurası çərçivəsində yaradılmış Turizm statistikasının təkmilləşdirilməsi üzrə İşçi Qrupun 1-ci iclasında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

N.Səmədov bu məsələlərin aradan qaldırılması istiqamətində işlərin aparılmasının vacibliyini vurğulayıb.

O bildirib ki, ölkədə son illər turizm sahəsinə dair bir sıra islahatlar aparılıb. Bu islahatların nəticələrini müşahidə etmək üçün turizm statistkasının önəmli olduğu diqqətə çatdırılıb. Eyni zamanda, turizmin iqtisadi sahə kimi iqtisadiyyatımıza verdiyi töhfənin müəyyən olunması baxımından statistik hesablamaların düzgün təşkil edilməsi vacibliyi bildirildi. Sonra turizmin ÜDM-dəki çəkisi, xarici turistlərin sayı, onların xərclədikləri vəsaitin məbləği, turizm sahəsinə qoyulan yerli və xarici investisiyalar, xarici turistlərin gecələmələrinin sayı, getmə turistlərin sayı və s. məsələlər müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 27 dekabr tarixli, 1179 nömrəli Fərmanı ilə təsdiq edilmiş Turizm Şurası haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycanda etibarlı turizm statistikasının hazırlanması istiqamətində müvafiq mexanizm və təkliflərin hazırlanması, turizm statistik hesabatlılıq sisteminin yaradılması, ölkəmizdə tətbiq edilməkdə olan beynəlxalq TSA (Turizm Köməkçi Hesabları) sistemində tələb edilən əsas göstəricilər üzrə etibarlı məlumatların əldə edilməsi üçün araşdırma və təhlillərin aparılması məqsədilə Aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti