...

Azərbaycanın efir məkanında profilaktika işləri artırıla bilər

Cəmiyyət Materials 31 Dekabr 2017 10:23 (UTC +04:00)
Azərbaycanda 2018-ci il üçün efir məkanında kompleks profilaktika işlərinin ilkin cədvəli hazırlanıb
Azərbaycanın efir məkanında profilaktika işləri artırıla bilər

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanda 2018-ci il üçün efir məkanında kompleks profilaktika işlərinin ilkin qrafiki hazırlanıb.

Bu barədə Trend-ə teleradio yayımı bazarındakı mənbə məlumat verib.

Qeyd olunur ki, hazırda qrafik teleradio şirkətləri ilə razılaşdırılma mərhələsindədir: "Gələn il 3 kompleks profilaktikanın keçirilməsi nəzərdə tutulur. Qrafikə əsasən, profilaktika işləri fevral, iyun və dekabrda keçiriləcək".

Qrafik teleradio şirkətləri ilə razılaşdırıldıqdan sonra təsdiq olunması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim olunacaq.

Qeyd edək ki, 2017-ci ildə kompleks profilaktika iki dəfə - fevralın 6-sı və oktyabrın 16-da keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti