...

Abşeron, Gəncə və Sumqayıtda 12 minə yaxın uşaq I sinfə qəbul üçün müraciət edib

Cəmiyyət Materials 15 Mart 2018 17:08 (UTC +04:00)
Abşeron rayonu, Gəncə və Sumqayıt şəhərlərində bu il birinci sinfə gedəcək 12 minə yaxın uşaq məktəbə qəbul üçün artıq qeydiyyatdan keçib.
Abşeron, Gəncə və Sumqayıtda 12 minə yaxın uşaq I sinfə qəbul üçün müraciət edib

Bakı. İlhamə İsabalayeva - Trend:

Abşeron rayonu, Gəncə və Sumqayıt şəhərlərində bu il birinci sinfə gedəcək 12 minə yaxın uşaq məktəbə qəbul üçün artıq qeydiyyatdan keçib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, adları qeyd edilən ərazilərdə 17 873 uşaq bu il 1-ci sinfə gedəcək.

Bu il ilk dəfə olaraq, Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri üzrə ümumi təhsil məktəblərinə I sinfə şagird qəbulu üçün elektron sistem tətbiq edilir. Elektron sənəd qəbuluna martın 12-dən başlanılıb. Uşaqların I sinfə qəbulu üçün www.mektebeqebul.edu.az saytına daxil olmaqla qeydiyyatdan keçmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti