...

Bakıda avtobuslarda telefonu yükləmək mümkün olacaq (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2018 17:38 (UTC +04:00)

Bakı. Hüseyn Vəliyev - Trend:

Bakıda 18 saylı marşrut xətti ilə hərəkət edən “Xaliq Faiqoğlu” şirkətinə məxsus “BMC Procity” avtobuslarında mobil qurğuların enerji ilə yüklənməsi üçün USB portlar quraşdırılıb.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Portlar salonda tutacaqlar üzərində yerləşdirilib. Hər avtobusda iki standart USB portu olan 4 qurğu yerləşdirilib. Əlavə olunub ki, daha bir “BMC Procity” avtobusu 61 saylı marşrutla hərəkət edir.

Bundan başqa, şirkətə məxsus 18, 65, və 61 saylı marşrutlarda pulsuz “Wi-Fi” xidməti mövcuddur. Gələcəkdə bu xidmət digər marşrutlarda da tətbiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti