...

Prezident seçkilərində 4 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

Cəmiyyət Materials 15 Aprel 2018 11:50 (UTC +04:00)
Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində dörd seçki məntəqəsində seçkilərin nəticələri etibarsız sayılıb.
Prezident seçkilərində 4 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

Bakı. Elçin Mehdiyev – Trend:

Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində dörd seçki məntəqəsində seçkilərin nəticələri etibarsız sayılıb.

Trend-in məlumatına görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qəbul edilib.

Beləliklə, 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 26 saylı, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı və 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı seçki məntəqələrində nəticələr ləğv olunub.

57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı və 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı seçki məntəqələrinin seçki komissiyaları isə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti