...

Heydər Əliyev prospekti ilə kəsişən yolların giriş hissələrində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

Cəmiyyət Materials 27 Aprel 2018 18:23 (UTC +04:00)
Sabah günorta saatlarında Heydər Əliyev prospekti ilə kəsişən yolların giriş hissələrində hərəkət məhdudlaşdırılacaq.
Heydər Əliyev prospekti ilə kəsişən yolların giriş hissələrində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

Bakı. Samir Əli - Trend:

Sabah günorta saatlarında Heydər Əliyev prospekti ilə kəsişən yolların giriş hissələrində hərəkət məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Heydər Əliyev prospektinin “Sabunçu” və “Böyükşor” yol qovşağı arasında yerləşən hissəsində Olimpiya stadionu, Olimpiya şəhərciyi, Ziya Bünyadov və Qara Qarayev prospektinə doğru gedən yolların giriş hissələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, aprel ayının 28-də səhər saat 11:00-dan 16:00-dək hərəkət məhdudlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti