...

Ali məktəbə qəbulla bağlı YENİ TƏKLİFLƏR

Cəmiyyət Materials 15 May 2018 16:46 (UTC +04:00)
C.Bayramov bildirib ki, təkliflər artıq aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.
Ali məktəbə qəbulla bağlı YENİ TƏKLİFLƏR

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün təkliflər hazırlayıb.

Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Olimpiada qalibləri ilə bağlı yeni təşəbbüsün olduğunu diqqətə çatdıran C.Bayramov bildirib ki, təkliflər artıq aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.

Nazir əlavə edib ki, hazırlanmış təkliflər Milli Məclisə də təqdim olunacaq: "Respublika fənn olimpiadalarının qalibləri çox yüksək hazırlığa malikdirlər. Hazırda dünya fənn olimpiadalarının qalibləri müvafiq ixtisaslara müsabiqədənkənar qəbul oluna bilirlər. Şagirdlərin olimpiadada iştirakını stimullaşdırmaq üçün dünya fənn olimpiadaları qaliblərinin istənilən ixtisas, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənn üzrə ali məktəblərə müsabiqədənkənar qəbul olunması onlar üçün stimullaşdırıcı rol oynaya bilər. Buna görə də bu məsələ ilə bağlı təkliflər hazırladıq".

C.Bayramov qeyd edib ki, xüsusi istedadlı şagirdlər üçün liseylərin sayının artırılması da planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti