...

Bu məktəblərin ətrafında sürət həddi 30 km/saata endirilib (FOTO)

Cəmiyyət Materials 1 İyun 2018 16:50 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyinin Təhsil Nazirliyi ilə birgə 189 və 190 nömrəli orta məktəblərin ətrafında başladığı pilot layihənin icrası başa çatdırılıb.
Bu məktəblərin ətrafında sürət həddi 30 km/saata endirilib (FOTO)

Bakı. Trend:

Bakı Nəqliyyat Agentliyinin Təhsil Nazirliyi ilə birgə 189 və 190 nömrəli orta məktəblərin ətrafında başladığı pilot layihənin icrası başa çatdırılıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, ərazidə yol hərəkəti şəraiti yaxşılaşdırılıb, piyadaların, xüsusilə də uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri infrastruktur təşkil edilib. Layihə çərçivəsində məktəb binasının ətrafında sürət həddi 30 km/saata endirilib, bəzi küçələrdə parklanma yerləri ləvğ edilib, piyadaların, xüsusən də şagirdlərin təhlükəsizliyi üçün səkilərdə məhəccərlər quraşdırılıb. Yeni piyada keçidləri təşkil edilərək panduslar inşa edilib. İlk dəfə olaraq hərəkətin təhlükəsizliyinin artırılması nəzərə alınaraq yolda xüsusi nişanlanma işləri ( YAVAŞ, MƏKTƏB) də görülüb.

Qeyd edək ki, analoji şəraitin paytaxtın ərazisindəki digər təhsil müəsissələrinin ətrafında da yaradılması nəzərdə tutulub. Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri müvafiq təhlillər aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti