Bakı. Samir Əli - Trend:
Qida Təhlükəsizliyi Agentliyi Azərbaycanda istehsal olunan ət məhsullarının halal və ya haram olması ilə bağlı heç bir rəy verə bilməz.
Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında qurumun sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, Agentlik ət məhsullarının tərkibində donuz ətinin olub-olmaması ilə bağlı məlumat verə bilər:
"Məhsulun içərisində donuz ətinə aid hər hansı komponentin olub-olmamasını təsdiqləmək üçün ekspertiza keçirə bilərik. Qida Təhlükəsizliyi Agentliyi yalnız məhsulun mənşəyini təyin edir və onun içərisində olan komponentlər haqqında rəy verir".
Q.Təhməzlinin sözlərinə görə, halallıq anlayışı könüllü qərar veriləcək məsələdir: "Bütün müsəlman ölkələrində dini qurumlar müəssisələrdə ətlərin dini ayinlərə uyğun şəkildə kəsilməyinə nəzarəti həyata keçirə bilir".