...

Komitə sədri: Uşaqlar üçün internetin əsas təhlükələrindən biri onların cinayətkarların əhatə dairəsinə düşməsidir

Cəmiyyət Materials 1 Noyabr 2018 11:44 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda uşaqların internet təhlükəsizliyinin təmini üçün silsilə tədbirlər həyata keçirilir.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramının (“Kidsafe”) təqdimatında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu tədbirlərin davamı olaraq, BMT-nin dəstəyi ilə "Valideyn nəzarəti və internet təhlükəsizliyi" adlı proqram təminatı hazırlanıb.

H.Hüseynova əlavə edib ki, müasir dövrdə uşaqlar da son informasiya texnologiyalarından istifadə etdiklərindən onların internet təhlükəsizliyinin təmini olduqca önəmlidir: "Əsas təhlükələrdən biri onların cinayətkarların əhatə dairəsinə düşməsidir. Uşaqlar üçün ifrat dərəcədə zərərli olan oyunlar da onlarda müəyyən xoşagəlməz hallar yaradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti