...

"Bakmil"də təmir işləri yekunlaşmaq üzrədir

Cəmiyyət Materials 8 Noyabr 2018 16:52 (UTC +04:00)
Bakı metropoliteninin "Bakmil" stansiyasında təmir işləri yekunlaşmaq üzrədir.
"Bakmil"də təmir işləri yekunlaşmaq üzrədir

Bakı. Samir Əli -Trend:

Bakı metropoliteninin "Bakmil" stansiyasında təmir işləri yekunlaşmaq üzrədir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.

Ə.Osmanovun sözlərinə görə, hazırda stansiyada son tamamlanma işləri gedir:

"Bu ayın sonuna qədər stansiyada bütün təmir işləri yekunlaşacaq. Dekabrın 1-dən stansiya təmirdən sonra istifadəyə veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti