...

Yeni yaşıllıqların salınması məqsədilə vətəndaşlara pulsuz tinglər paylanıldı (FOTO)

Cəmiyyət Materials 9 Noyabr 2018 15:35 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq “Hər ailə ağac əksin” devizi altında keçirilən aksiya vətəndaşların fəal iştirakı ilə başa çatıb.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan ağac əkilməsinin təşviqi kampaniyasında əhaliyə ümumilikdə 6000-ə yaxın müxtəlif cinli ağac tingi paylanılıb.

Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində keçirilən aksiya zamanı mütəxəssislər tərəfindən vətəndaşlara ağacların əkilməsi və onlara qulluq göstərilməsi qaydaları izah olunub.

“Hər ailə ağac əksin” devizi altında keçirilən kampaniya 12,17 noyabr 2018-ci il tarixlərində daha kütləvi xarakter alaraq ölkənin digər regionlarında davam etdiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti