...

Könüllülər üçün əmək yarmarkası təşkil edilib (FOTO)

Cəmiyyət Materials 7 Dekabr 2018 20:31 (UTC +04:00)
Azərbaycan könüllülərinin həmrəylik festivalı çərçivəsində könüllülər üçün əmək yarmarkası təşkil edilib
Könüllülər üçün əmək yarmarkası təşkil edilib (FOTO)

Bakı. Trend:

Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Gənclər və İdman Nazirlikləri və ASAN xidmətin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Azərbaycan Könüllülərin Həmrəylik Festivalı” adlı tədbir keçirilib.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, yüzlərlə gəncin və könüllü təşkilatlarının iştirak etdiyi tədbir çərçivəsində Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən könüllülər üçün əmək yarmarkası təşkil edilib. Yarmarkada 68 müəssisə tərəfindən 299 vakant iş yeri təqdim olunub, vakant iş yerlərinə göndərişlər verilib.

Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlər peşə hazırlığı kurslarına cəlb olunmaq üçün qeydiyyata alınıb. Özünüməşğulluq proqramı barədə də tədbir iştirakçılarına məlumat verilib, proqrama cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti