...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 7 illiyi Xəzər rayonunda qeyd olunub

Cəmiyyət Materials 13 Fevral 2019 19:18 (UTC +04:00)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 7 illiyi Xəzər rayonunda qeyd olunub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 7 illiyi Xəzər rayonunda qeyd olunub

Bakı. Trend:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 7 illiyi Xəzər rayonunda qeyd olunub.

Trend-in məlumatına görə, tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin rəisi Nəsir Qurbanov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkli Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon Məhkəməsinin sədri İlqar Qaralov, DTX-nin Xəzər Rayon İdarəsinin rəisi Asif Abbasov və rayon ictimaiyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Ümumimilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra tədbir Mərdəkan Mədəniyyət Sarayında davam edib.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin rəisi Nəsir Qurbanov çıxış edərək dövlət xidmətinin yaranması tarixindən və əhəmiyyətini qeyd edib. Tədbirin sonunda bu sahədə fərqlənən fəallara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti