İnsan Hüquqları Aylığı çərçivəsində Ombudsman tərəfindən silsilə tədbirlər davam etdirilir

İnsan Hüquqları Aylığı çərçivəsində Ombudsman tərəfindən silsilə tədbirlər davam etdirilir

Bakı. Trend:

İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə 18 may - 18 iyun tarixində keçirilən İnsan Hüquqları Aylığı çərçivəsində Bakı və regionlarda silsilə tədbirlər davam etdirilir.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, bu sırada növbəti “Uşaqlar Dünyanın çiçəkləridir!” devizi altında tədbiri Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksində həyata keçirilib. Bu maraqlı tədbirə Ombudsman Apartının əməkdaşları Gülnar Rəhimova və Nigar Ağayeva, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, BSU məktəb-lisey kompleksinin direktoru İlahə Carçıyeva, çoxsaylı şagirdlər, müəllimlər və valideynlər qatılıblar.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini G.Verdiyeva və məktəb-lisey kompleksin direktoru İ.Carçıyeva Müvəkkilə təşəkkürünü bildirib, bu cür tədbirlərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb və hüquqi maarifləndirmə tədbirlərinin həm uşaqlar, həm valideynəri arasında davamlı olmasını arzu ediblər. Tədbirin ikinci hissəsi uşaqların bir-birindən maraqlı musiqi-ədəbi kompozisiya və ifaları ilə davam edib. Məktəb kollektivi Ombudsmana uşaq hüquqlarının müdafiəsi və maarifləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətə görə minnətdarlığını bildiriblər.

Habelə Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Göygöl rayonu Texniki Təbiət Fənləri Təmayüllü Liseydə, Samux rayonu 2 saylı və Şəmkir rayonu Düyərli kənd 1 saylı tam orta məktəblərdə, Gəncə Dövlət Universitetində, Şəki Regional Mərkəzi tərəfindən Zaqatala rayonu Mazıx kəndində, Qax rayonu Ləkit kəndində, Qəbələ rayonu Zarağan kəndində, Şəki 6 saylı tam orta məktəbdə, Oğuz rayonu və Mingəçevir şəhərində, Cəlilabad Regional Mərkəzi tərəfindən Biləsuvar şəhər 4 saylı, Lənkəran rayonu Tütəpeştə və Kənarmeşə kənd tam orta məktəblərində, habelə Lənkəran Peşə Liseyində, Quba Regional Mərkəzi tərəfindən isə Xaçmaz rayonu Nərəcan kəndində, Qusar rayon Gənclər Evində, Siyəzən şəhər 3 saylı və Xızı rayon Şorabad qəsəbə tam orta məktəblərində, Quba Soyqırım Memorial Komleksində və Quba rayonu İsnovqışlaq kəndində silsilə tədbirlər keçirilir. Regionlardakı tədbirlərdə dövlət qurumlarının məsul əməkdaşları, yerli icra və özünüidarəetmə orqanlarının, QHT-lərin nümayəndələri, çoxsaylı fəal gənclər, müəllim və şagirdlər, geniş ictimaiyyət iştirak ediblər.

İnsan Hüquqları Aylığı çərçivəsində tədbirlər həmçinin Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan, Azərbaycan Qadın və İnkişaf Mərkəzi nəzdində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) müntəzəm və səmərəli fəaliyyət göstərən, Bakı şəhərinin müxtəlif məktəblərində təhsil alan 100-dən çox şagirdi birləşdirən Liderlik Məktəbində, Ahılların Resurs Mərkəzində də keçirilib.

Habelə AUGSŞ ötən illərdə olduğu kimi, bu il də Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü münasibətilə maarifləndirmə tədbiri keçirib. Qala qəsəbəsindəki Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzində təşkil edilmiş “Sağlam ətraf mühit naminə çalışaq” adlı tədbir uşaqların ekologiyanın qorunması, yurd sevgisi, zəngin təbii sərvətlərimizdən səmərəli istifadə edilməsi ruhunda tərbiyə olunmasına, onların ekoloji şüurunun formalaşmasına, həmçinin bioloji müxtəlifliyin mühafizəsinə yönəlib.

Tədbirdə Ombudsmanın Ekoloji hüquqlar üzrə ixtisaslaşmış müşaviri Gülnar Rəhimova, Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzinin direktoru Tahir Şıxəliyev, ARDNŞ-in nümayəndələri, AUGSŞ-in Liderlik məktəbinin üzvləri iştirak ediblər. Tədbir çərçivəsində uşaqların plastik məişət tullantılarından hazırlanan əl işlərindən ibarət maraqlı sərgi təşkil olunub, Liderlik Məktəbinin yetirmələrinin ekoloji hüquqların həyata keçirilməsi sahəsində apardıqları işlər barədə məlumatlar və prezentasiyalar dinlənilib, onlar bu mövzuda bir-birindən maraqlı ədəbi təqdimatlar, eləcə də maraqlı solo musiqi ifaları ilə çıxış ediblər. Tədbirin sonunda Liderlik Məktəbinin üzvləri Park ərazisində xatirə ağacı əkiblər.

Eyni zamanda Aparatın və regional mərkəzlərin əməkdaşları tərəfindən Müvəkkilin təşəbbüsü ilə uşaq hüquqları üzrə pilləli tədris proqramı keçirilən paytaxt və regionlardakı bir sıra məktəblərdə də İnsan Hüquqları Aylığı çərçivəsində tədbirlər keçirilib, çoxsaylı müəllimlər və şagirdlər cəlb edilib.

Qeyd olunan bütün silsilə tədbirlərdə Ombudsmanın nümayəndələri çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bu əlamətdar tarixlə əlaqədar olaraq, ötən dövrdəki fəaliyyəti bir daha nəzərdən keçirmək, əldə edilən nailiyyətləri, habelə qarşıda duran məsələləri müəyyənləşdirmək məqsədilə, hər il olduğu kimi, bu il də Ombudsmanın təşəbbüsü ilə İnsan Hüquqları Aylığı elan olunub.

Vurğulanıb ki, dövlət başçısının 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icraatda olan bəndləri əsasında respublikanın bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil edilir.

Ombudsmanın regional mərkəzlərin rəhbərləri Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin mahiyyəti, əsas insan hüquq və azadlıqlarını özündə ehtiva etməsi, 1966-cı ildə qəbul olunmuş Mülki və Siyasi Hüquqlar haqqında, habelə İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq paktlar, BMT-nin digər mühüm sənədləri, həmçinin Avropa İnsan Hüquqları Konvensiyası barədə ətraflı məlumat veriblər.

İnsan hüquqları sahəsində ölkəmizdə atılan mühüm addımlar, Ümummilli lider Heydər Əliyevin bu sahəyə verdiyi önəm və aparılan ardıcıl islahatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, respublikamızda insan hüquq və azadlıqlarının qorunmasının əsası Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan müddəalarla qoyulub.

Ombudsmanın insan hüquqlarının təmini və müdafiəsində rolu, çoxşaxəli fəaliyyəti, bu sahədə dövlət qurumları, QHT və KİV-lər, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı, hüquqi maarifləndirmə tədbirləri haqqında geniş məlumat verilib.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları ətraflı cavablandırılıb. Tədbirlərin yekununda iştirakçılar İnsan Hüquqları Aylığı çərçivəsində təşkil olunan belə tədbirlərə görə Ombudsmana təşəkkürlərini bildiriblər.

44 günlük Vətən müharibəsində HHQ-nin məhv etdiyi növbəti düşmən hədəfləri (VİDEO)
44 günlük Vətən müharibəsində HHQ-nin məhv etdiyi növbəti düşmən hədəfləri (VİDEO)
Bakıda Polad Həşimovun adına park salınır (FOTO)
Bakıda Polad Həşimovun adına park salınır (FOTO)
Bu yay çimərliklərə icazə verilə bilər - AÇIQLAMA
Bu yay çimərliklərə icazə verilə bilər - AÇIQLAMA
Loading Bars
Xəbər lenti
Azərbaycan nefti ucuzlaşır
Daha bir neçə rayonda “Vətən Bağı” yaradılıb
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günü başlayıb (FOTO)
44 günlük Vətən müharibəsində HHQ-nin məhv etdiyi növbəti düşmən hədəfləri (VİDEO)
Bakıda Polad Həşimovun adına park salınır (FOTO)
Yanvar-mart aylarında 295 cinayət işinin istintaqı yekunlaşıb (VİDEO)
Şuşa artıq əbədi olaraq bizimdir - Deputat
AXCP-Müsavat cütlüyünün təmsil etdiyi hakimiyyət ölkəni xaos vəziyyətinə gətirmişdi - Baş nazir
Neftçalada birmərtəbəli evdə yanğın olub
Bu yay çimərliklərə icazə verilə bilər - AÇIQLAMA
Koronavirusa yoluxan uşaqlarda güclü böyrək ağrısı olur - Pediatr-infeksionist
Mayın 8-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda koronavirusa yoluxanların sayı 340 mini ötüb
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Bakıdakı Dünya Kuboku mənim üçün ilin ən çox gözlənilən yarışıdır - Litva gimnastı
Britaniyada koronavirusa daha 2 490 nəfər yoluxub
Bakıda əhalinin ticarət şəbəkələrində xərclədiyi pulun məbləği açıqlanıb
Fici sahillərində 6 bal gücündə zəlzələ olub
Şərqi Qüdsdə toqquşmalar zamanı 200-ə yaxın fələstinli xəsarət alıb - KİV
Meksikada metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı 26-ya çatıb
Tripolidə silahlılar Prezident Şurasının qərargahının yerləşdiyi otelə hücum ediblər
İsraildə aktiv koronavirus xəstələrinin sayı 1 051 nəfərə düşüb
Türkiyədə son sutkada koronavirusdan 35 529 nəfər sağalıb
İspaniyada helikopter dənizə düşüb
Dünyada ötən sutka koronavirusa 839 mindən çox yoluxma qeydə alınıb - ÜST
ÜST "Sinopharm" peyvəndini təcili istifadə üçün tövsiyə edib
Hamımız müsbət emosiyalar keçirdik - qrup hərəkətləri komandamız
Azərbaycan və ATƏT-in 10 ölkəsi nasistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxıb - Bəyanat
Əziz Şuşa, sən azadsan! - Bu 8 May Şuşadayıq
Gürcüstanda koronavirusa daha 1 547 nəfər yoluxub
Prezidentin göstərdiyi nümunəni davam etdirməliyik, beynəlxalq media vasitəsilə həqiqətləri dünyaya çatdırmalıyıq
Bakıda keçirilən Dünya Kubokunda hərəkətlərim əvvəlki iki yarışdan daha çətindir - Azərbaycan gimnastı Arzu Cəlilova
Azərbaycan səfirliyi Latviya parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarını pisləyib
Qadın güləşçimiz Elis Manolova "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Ceyhun Bayramov Asiya İnkişaf Bankının ölkə üzrə direktoru ilə görüşüb (FOTO)
Prokurorluğun xəzinə hesabına köçürüləcək vəsaitlər artırılıb
Qrup hərəkətləri komandamız dünya kuboku yarışlarının finalına yüksəlib
"Elektron prokurorluq” informasiya sistemi yaradılacaq - FƏRMAN
Şəhid ailələrinin üzvləri ali məktəblərə qəbul imtahanında iştirak üçün vəsait ödəməyəcək
Prezident İlham Əliyev hərb və informasiya savaşını eyni anda apardı - Qələbəni şərtləndirən iki mühüm taktika
Mingəçevir Dövlət Universiteti ilə Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq inkişaf edir (FOTO)
Aİİ-də “Orucluğun tarixi və Ramazanın fəzilətləri” mövzusunda vebinar keçirilib (FOTO)
Prezident İlham Əliyevin BBC-yə müsahibəsinə 3 milyondan çox baxış beynəlxalq diqqətin əyani təzahürüdür - Deputat
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumların strukturu təkmilləşdirilib
Əyani tədris qismən bərpa olunur
8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkat Günü “Əsas Məsələ”də müzakirə olunub (VİDEO)
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun top hərəkətləri üzrə finalçıları müəyyənləşdi
Azərbaycanlı gimnastları və məşqçiləri yaxşı tanıyıram - İtaliya gimnastı
Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib
3 hakimin səlahiyyətlərinə xitam verilib
İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verilib - SİYAHI
Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib
Azərbaycan gimnastlarının Dünya Kubokunun birinci günündə NƏTİCƏLƏRİ (FOTO)
Prezident İlham Əliyevin BBC-yə müsahibəsi hələ də gündəm olaraq qalır - Sevil Mikayılova
Dünya Kubokunun Təşkilat komitəsi öz işini qüsursuz yerinə yetirir - Macarıstan gimnastı
Bakıda Milli Qəhrəmanın adını daşıyan park yenidən qurulub (FOTO)
Şuşanın mədəniyyət paytaxtı statusunun rəsmiləşməsi şəhərin hərtərəfli inkişafını təmin edəcək - Könül Nurullayeva
Bədii gimnastika üzrə Dünya Kubokunun birinci günündə maraqlı anlar (FOTO)
Məlumatlandırıcı vebinarda KOB-ların və startapların sualları cavablandırılıb
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib
Mingəçevir Dövlət Universitetinin rektoru şəhid ailəsini ziyarət edib (FOTO)
Mayın 8-nə USD/AZN rəsmi məzənnəsi
Bakı küçələrinin birinə Polad Həşimovun adı verilib
Qeyri-sabit hava şəraiti ilə bağlı sahibkarlara xəbərdarlıq edilib
Daha bir hərbi qulluqçumuzun şəhid olması müəyyən edildi
Hindistanın Bakıdakı Səfirliyi Sanskrit dilini öyrənmək üçün ‘Little Guru’ adlı yeni tətbiqi təqdim etdi (FOTO)
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası mühüm qərarlar qəbul edib (FOTO)
Bakıda qanunsuz aksiya keçirməyə cəhd edilənlərdən saxlanılan yoxdur - DİN
Estoniyada NATO-nun genişmiqyaslı təlimləri keçiriləcək
Gələcəkdə beynəlxalq səfərlərin bərpası üsulunu tapa biləcəyik - Aİ nümayəndəsi
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 1854 nəfər COVID-19-dan sağalıb, 722 nəfər yoluxub, 15 nəfər vəfat edib
Prezident İlham Əliyevin BBC-yə müsahibəsi 3 milyon baxışı keçib (VİDEO)
Vətən müharibəsi qəhrəmanları üçün imtiyazlarla bağlı qanun layihələri plenar iclasa tövsiyə olundu
"Qatar Airways" Dohadan Bakıya uçuşları bərpa edir
Astarada qadını evində qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Dünya Bankı Azərbaycanda yol layihəsi üçün kredit ayırmağı planlaşdırır
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək
Milli Gimnastika Arenasında indiyə qədər gördüyüm ən gözəl şərait yaradılıb - Özbəkistan gimnastı
Satınalan təşkilatların nümayəndələri ilə növbəti onlayn görüş keçirilib
AHİK-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi ilə əlaqədar tədbir keçirilib (FOTO)
Kreditini Yelo Bank-a gətir, daha az ödə
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər həbs olunub - DTX (VİDEO)
“Yüksəliş” müsabiqəsi yarımfinal mərhələsinə hazırlaşır
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş sərgi keçirilib (FOTO)
Xalq şairi Musa Yaqub vəfat edib
Həbsdə olan polkovnik azadlığa buraxıldı
Bakı Slavyan Universitetində onlayn formada "İki əsrin lideri" adlı tədbir keçirilib (FOTO)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib (FOTO)
"British Airways" bu il 1 milyard avro itirib
Ermənistanda keçmiş hərbçi casusluqda ittiham olunur
Abşeronda ruhanilər və ağsaqqallarla görüş keçirilib
Bakıda kimsəsiz uşaqlar tibbi müayinədən keçirilib (FOTO)
Azərbaycan XİN Fransa və Kanadaya cavab verib
Ağsuda həmkəndlisini güllələyən şəxsin işi məhkəməyə göndərilib
Şuşanın mədəniyyət paytaxtı elan edilməsi böyük əhəmiyyət daşıyır - Deputat
Azərbaycanda idmanın inkişafı istiqamətində aparılan uğurlu dövlət siyasəti öz səmərəli bəhrəsini verir - İsmayıl İsmayılov
Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır - Müdafiə Nazirliyi
Koronavirusa qarşı təkrar peyvəndin vurulması ilə bağlı alimdən AÇIQLAMA
Bütün xəbərlər