...

Şəkidə "ZİL" qəza etdi - yük yerindəki torpaq 2 azyaşlının üstünə dağıldı

Cəmiyyət Materials 16 İyul 2019 18:33 (UTC +04:00)
Şəkidə 2 azyaşlının xəsarəti ilə nəticələnən yol qəzası baş verib
Şəkidə "ZİL" qəza etdi - yük yerindəki torpaq 2 azyaşlının üstünə dağıldı

Bakı. Samir Əli - Trend:

Şəkidə 2 azyaşlının xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Yuxarı Karvansaray adlanan ərazisində baş verib. Şəhər ərazisində torpaqla dolu "ZİL" markalı yük avtomobili idarəetməni itirərək divara çırpılıb. Nəticədə yük maşınındakı torpaq ərazidə olan azyaşlılar - 2009-cu il təvəllüdlü İsmayıl Babayev və 2007-ci il təvəllüdlü Mirağa Mehdiyevin üzərinə tökülüb.

Hər iki azyaşlı Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti