...

Bu il Azərbaycanda uşaqlara ən çox bu ADLAR qoyulub (ÖZƏL)

Cəmiyyət Materials 24 İyul 2019 21:00 (UTC +04:00)
Bu il ərzində Azərbaycanda oğlan uşaqlarına ən çox qoyulan ad yenə də Yusif olub.
Bu il Azərbaycanda uşaqlara ən çox bu ADLAR qoyulub (ÖZƏL)

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu il ərzində Azərbaycanda oğlan uşaqlarına ən çox qoyulan ad yenə də Yusif olub.

Trend-in Ədliyyə Nazirliyinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu il ərzində Yusif adı 1160 uşağa qoyulub.

Oğlan uşaqlarına Yusifdən sonra ən çox qoyulan adlar Əli (1065), Hüseyn (914), Uğur (891), Ömər (660), Məhəmməd (656) olub.

Bu il qızlara ən çox verilən ad isə Zəhra olub ki, bu, ötən müddətdə 1188 yenidoğulan qıza qoyulub.

Ümumilikdə, ötən müddətdə qızlara qoyulan ən məşhur adlar Zəhradan sonra Aylin (781), Nuray (763), Zeynəb (761), Məryəm (743), Mələk (660), Fatimə (644) və s. olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti