Bakı. Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə Regionu (BP AGTR) üzrə prezidenti cənab Qəri Counz ilə görüş keçirilib.
ETSN-dən Trend-ə verilən məlumata görə, görüş zamanı BP tərəfindən Azərbaycanda həyata keçirilən və keçirilməsi nəzərdə tutulan layihələr, bərpa olunan enerji mənbələri ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri və ekoloji standartlar müzakirə edilib.