...

Azərbaycan Texniki Universitetində kadr dəyişikliyi olub

Cəmiyyət Materials 13 Yanvar 2020 15:38 (UTC +04:00)
Universitetin kitabxanasının müdiri Narıngül Xələfova öz xahişi ilə vəzifəsindən azad olunub.
Azərbaycan Texniki Universitetində kadr dəyişikliyi olub

Bakı. Samir Əli - Trend:

Azərbaycan Texniki Universitetində (AzTU) kadr dəyişikliyi olub.

AzTU-nun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, universitetin kitabxanasının müdiri Narıngül Xələfova öz xahişi ilə vəzifəsindən azad olunub.

Rektor Vilayət Vəliyev AzTU-nun kitabxanasında uzunmüddətli və səmərəli fəaliyyətinə görə N.Xələfovaya təşəkkür edib.

Həmin vəzifəyə kitabxananın şöbə müdiri Zöhrə Məmmədova təyin olunub. Ona kitabxananın texniki universitetlərin tələbləri səviyyəsində, müasir standartlara uyğun qurulması ilə bağlı tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti