...

Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərində veriləcək

Cəmiyyət Materials 30 Mart 2020 12:34 (UTC +04:00)
Ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərinə aparılıb veriləcək.
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərində veriləcək

Bakı. Trend:

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərinə aparılıb veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi müddətində nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərinə aparılıb veriləcək.

Həmin əlilliyi olan şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələri (əlil arabası, dördayaqlı dayaq vasitəsi, qoltuqaltı və dirsəkaltı ağac, əsa və s. ) ilə təmin edilmək üçün 077 489 90 00, 077 489 90 04 və 077 489 90 05 telefon nömrələri ilə əlaqə saxlayaraq müraciət edə bilərlər.

Müraciətlər əsasında reabilitasiya vasitələri 5 gün ərzində yaşadıqları ünvanlarda onlara təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti