Azexport.az vətəndaşları e-ticarətdən istifadəyə dəvət edir

Azexport.az vətəndaşları e-ticarətdən istifadəyə dəvət edir

Bakı. Trend:

Trend Azexport portalının meneceri Ayxan Qədəşovun araşdırmasını təqdim edir:

“COVİD - 19” - yeni növ koronovirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə əksər dünya ölkələri sosial izolyasiya tədbirlərinin tətbiqinə başladı. Tətbiq olunan izolyasiya tədbirləri insanların gündəlik istehlak vərdişlərininsürətlə dəyişməsi ilə nəticələndi. Əksər sahələr kimi ticarət qaydalarına da yeniliklər gəldi. “Acosta”nın ABŞ vətəndaşları arasında apardığı sorğuların nəticələrinə əsasən ehtimal olunur ki, pandemiya dövrü bitdikdən sonra da istehlakçılar izdihamlı ticarət mərkəzlərindən və iri super marketlərdən daha az istifadəyə maraqlı olacaqlar. Bu vaxta qədər rəqəmsal ticarətə qarşı olan istehlakçılarda bu imkanlardan istifadəyə yönəlməkdədirlər. Hazırda rəqəmsal platformalardan istifadə edənlər arasında Z (25 yaş) nəslinin nümayəndələri üstünlük təşkil edir.Lakin,Ümumdünya Səhiyyə Təşkilatının bəyanatına əsasən 65 yaşdan yuxarı insanları nrisk qrupunda olduğunu nəzərə alsaq, tədricən bu qrupdan olan insanların da rəqəmsal ticarət platformalarını daha çox ziyarət edəcəklərini deməyə əsas verir.

İndi bütün dünya rəqəmsal texnologiyaların sürətlə tətbiqi ilə əlaqəli olan kəskin bir sıçrayış yaşayır. Nə qədər qəribə olsa da, insan sağlamlığı üçün təhlükəli olan yeni növ koronavirus infeksiyası fərqli bir inkişaf mərhələsini başlatdı. Pərakəndə satışlarla yanaşı ənənəvi biznes qaydaları da yenilənməyə başladı. İnsanlar instinktiv olaraq sağlamlığını qorumaq məqsədi ilə əhalinin sıx istifadə etdiyi supermarketlərin əvəzinə “e-grocery” xidmətlərindən istifadə edərək gündəlik tələbat məhsullarının onlayn sifarişlə alınmasına üstünlük verməyə başladılar. Almaniyanın nüfuzlu jurnallarından biri olan “M+A” Şimali Amerika, Asiya və Avropada növbəti üç ay ərzində müxtəlif kateqoriyaları əhatə edən 440 dan artıq müxtəlif sərginin ləğv olunduğunu bildirib.

Statistikalara nəzər yetirdikdə qlobal pandemiyanın çağırışlarınasürətlə cavab verərək onlayn satışlara keçid edən əksər təchizatçıların ciddi zərər etmədiklərini, hətta əksinə ötən illərlə müqayisədə gəlirlərinin artıdığını görmək mümükündür.

Belə ki, “COVİD – 19” - yeni növ koronavirus infeksiyasının başlanğıc nöqtəsi hesab olunan Çində 2020- ci ilin fevral ayının ikinci yarısından etibarən ərzaq çatdırılması xidməti göstərən “Miss Fresh” şirkəti onlayn sifarişlərin ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə artığını bildirib. Həmçinin, ərzaq məhsullarının onlayn satışı ilə məşğul olan “Dada” şirkətidə sifarişlərin ötən ilin analoji dövrü ilə müqayisədə 215 faiz artdığını bildirib.

Mövcud vəziyyət iri marketlərə də təsirsiz ötüşmədi. Belə ki, Çində 486 pərakəndə satış marketinə sahib “Sun Art Retail Group” şirkəti 4 fevral tarixindən etibarən 390 satış məntəqəsini bağladığını və satışların onlayn həyata keçiriləcəyini elan etdi. Müştərilərinə “WeChat” tətbiqi vasitəsi ilə məhsul sifarişiimkanı təqdim edən şirkət 2020 –ci ildə ötən ilin analoji dövrü ilə müqayisədə satışlarda 25 faizlik artım müşahidə olunduğunu bildirib.

800-dən çox super marketə sahib məşhur Çin şirkəti “Yonghui Group”2020-ci ilin ilk üç ayında ötən ilin analoji dövrü ilə müqayisədə ümumi əməliyyatların sayında 465 faiz, onlayn satışlarda isə 600 faizlik artım olduğunu bildirib.

Türkiyədə də əksər şirkətlər pərakəndə satış məntəqələrini bağladığını və satışların yalnız onlayn qaydada həyata keçiriləcəyini elan etdi. Bura “Boyner”, “YKM”, “Vakko”, “LC Waikiki”, “Kiğılı”, “Network”, “Karaca”, “İpekyol”, “Tumi”, “Flo”, “Desa”, “U.S Polo”, “Greyder”, “Lufian”, “Altınyıldız” kimi iri şirkətlər daxildir.

Göründüyü kimi, sərt karantin rejiminin tətbiq olunduğu dövlətlərdə əhalinin tələbatının ödənilməsi birbaşa rəqəmsal ticarət platformalarının üzərinə düşür. Amerikanın rəqəmsal ticarət bazarının 38 faizini tutan və sahə üzrə ən böyük ticarət dövriyyəsinə sahib olan“Amazon” anbar və kuryer xidmətləri üzrə əlavə 100 min işçinin cəlb olunacağını bildirib. “Amazon” rəsmiləri bu qərarınyaşayış yerlərini tərk edə bilməyən istehlakçıların sifarişlərinin təmin olunması məqsədilə verildiyini bildirir.

Bununla yanaşı “Alibaba”, “Etsy”, “Ozon”,“Ebay” kimi genişziyarətçi kütləsinə sahib rəqəmsal ticarət platformaları da cari ilin birinci rübündə yeni alıcı və satıcıların qeydiyyatında ciddi artımların müşahidə olunduğunu bildirir.

COVİD-19” – yeni növ koronavirus infeksiyasının Azərbaycan iqtisadiyyatına olan təsirlərinin azaldılması məqsədi ilə Prezident İlham Əliyevin rəhbərliyi altında zərərçəkən 4 sektor və 20 fəaliyyət istiqamətini əhatə edən dəstək proqramı hazırlanıb. ÜDM-in 3,1 faizini təşkil edən 2,5 milyard manatlıq dəstəkdə 9 proqram layihəsi işlənib. Bunlardan koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçinin əməkhaqqının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi sahibkarlara maliyyə dəstəyi, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfelləri üzrə kredit zəmanət dəstəyi kimi proqramları qeyd edə bilərik.

Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “COVİD - 19” - yeni növ koronovirus infeksiyası səbəbindən yaranan pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə Tədbirlər Planı təsdiq edilib.

Tədbirlər Planına əsasən pandemiya dövründə iqtisadiyyatda baş verən proseslərin operativ izlənilməsi və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin mütəmadi məlumatlandırılması məqsədilə aidiyyəti dövlət qurumları və dövlət müəssisələri tərəfindən tələb olunan həcmdə məlumatların təqdim olunması üçün elektron baza yaradılıb.

Hökumət tərəfindən təqdim olunacaq dəstək proqramları iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən sahibkarlara qlobal pandemiya dövründə fəaliyyətlərinin dayanıqlığının təmin olunması üçün əsas təkanverici qüvvədir. Bu proqramlara cavab olaraq sahibkarların yaranan böhranın çağırışlarına, yeniliklərinə cavab vermələri gözlənilir. Bu baxımdan Prezident İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən yaradılan və dövlət – özəl tərəfdaşlığında mühüm yer tutan “Azexport.az” internet portalı qlobal pandemiya dövründən minimum zərərlə çıxmaq məqsədi ilə sahibkarları daha sıx əməkdaşlığa dəvət edir.

Azərbaycanın aparıcı rəqəmsal ticarət platformalarından hesab olunan “Azexport.az” internet portalı “Amazon”, “Alibaba”, “All.biz”, “Go4worldbusiness” kimi 15- dək beynəlxalq rəqəmsal ticarət platformalarına inteqrasiya olunub. Portalın fəaliyyət göstərdiyi 3 il ərzində Azərbaycan məhsullarının sadalanan platformalarında təmsil olunma nisbəti 300 dəfədən artıq artıb.Regionda ilk dəfə olaraq sahibkarlara “Google Market Finder” tətbiqi vasitəsi ilə ödənişsiz olaraq bazar araşdırması apararaq istehsal etdikləri məhsullara hansı ölkələrdə daha çox tələbat olduğuna dair marketinq məlumatları təqdim edən ilk dövlət portalıdır. Həmçinin, portal region ölkələrində elan olunan iri dövlət və özəl tenderlərinə dair sahibkarlara müntəzəm məlumatlar təqdim edərək, tenderlərdə iştirak üçün tələb olunan sənədləşmələrin aparılmasında dəstək göstərməkdədir.

Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazası olan “Azexport.az” internet portalında hazırda 10 mindən artıq məhsul və üç mindən artıq təchizatçı qeydiyyatı mövcuddur. “Azexport.az” internet portalı tərəfindən dünyanın ən çox ziyarətçi kütləsinə sahib olan qabaqcıl rəqəmsal ticarət platformalarında ilin 365 günü Azərbaycan məhsulları “qızıl üzv” adı altında yüksək səviyyədə nümayiş etdirilir. Bu platformalar vasitəsi ilə 2017-ci ilin yanvar ayından 2020-ci ilin 29fevral tarixinə kimi (38 ay ərzində) “Azexport.az” internet portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 687 milyon ABŞ dolları təşkil edib.

Koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyət əksər dünya ölkələrində gündəlik qida məhsullarına tələbatın artmasına səbəb olub. Bu baxımdan “Azexport.az”internet portalına daxil olan sifarişlərdə də artım müşahidə olunmaqdadır. Belə ki, cari ilin fevral ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri 60,7 milyon ABŞ dolları təşkil edib və 2019-cu ilin fevral ayı ilə müqayisədə 12,6 faiz və ya 6,8 milyon ABŞ dolları artıb. Qeyd olunan dövrdə portala əsasən soğan, sarımsaq, pomidor, kartof, pambıq yağı, toyuq əti toyuq yumurtası kimi məhsullara daha çox sifarişlərin daxil olduğu görünür.

Azərbaycanda ilk dəfə olaraq “Azexport.az” internet portalı tərəfindən təqdim olunmağa başlanılan “Sərbəst satış sertifikatı” sayəsində Amerika, Avropa, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, İndoneziya, Dominikan kimi yalnız məhdud siyahı üzrə məhsul ixracı mümkün olan ölkələrə artıq “Made in Azerbaijan” brendi adı altında yeni məhsullarla çıxış imkanı yaradılıb. Portal iki ildən bir qədər artıq müddətdə 10-dan artıq yerli şirkətə üç yüz adda məhsul üçün “Sərbəst satış sertifikatı” təqdim edib.

Pandemiya dövründə tətbiq olunan karantin rejimlərinin tələblərinə uyğun olaraq istehsal müəssisəni tərk etmədən ixrac olunacaq məhsullara sertifikatların alınması, həmçinin, portal nümayəndələrinin ixrac bəyannaməsinin doldurulması imkanları da “Azexport.az” internet portalında mövcuddur. Bunun üçün dünyada ilk dəfə olaraq portal tərəfindən “Onlayn vahid ixrac ərizəsi” Azərbaycan sahibkarlarının istifadəsinə verilib.

Qısa müddət ərzində tam işlək rəqəmsal satış kanalı. Portal qlobal pandemiya dövründə ixrac məhsulları ilə yanaşı, daxili bazar üçün nəzərdə tutulmuş gündəlik tələbat mallarının da realizə olunması üçün unikal həll yoludur. Mövcud vəziyyətdə portalın üstünlüklərindən biri də sahibkarlar əlavə vaxt və maliyyə resursu xərcləmədən istehsal etdikləri məhsulları xarici bazarlarla yanaşı daxili bazarda da xidmət haqqı və ya satışlardan komissiya tutulmadan onlayn qaydada realizə edə bilmələridir. Belə ki, sadə rəqəmsal ticarət platformasının hazırlanması və bir il ərzində aktiv saxlanılması orta hesabla 7500 AZN (operator və texniki inventarın saxlanılması) maliyyə resursu tələb edir. Bununla yanaşı platformanın tam funksional işlək hala gətirilməsi uzun müddət çəkə bilər. Təchizatçıların dəyişən istehlakçı tələblərinə çevik reaksiyaverməsi böyük önəm kəsb edir. “Azexport.az” internet portalında təchizatçının şəxsi səhifəsinin yaradılması, məhsulların üç dildə portala yerləşdirilərək satışa çıxarılması bir gündən də az müddətə mümükündür.

Nağdsız ödəniş imkanları. Ümumdünya səhiyyə təşkilatının yeni koronovirus infeksiyasının əhali arasında geniş yayılmasının qarşısının alınması məqsədi ilə nağdsız ödənişlərə üstünlük verilməsini tövsiyyə edir. Metal və kağız pul əskinasları virus və bakteriyaların ən çox yayılma səbəblərindən biri kimi göstərilir. Bəyanatda o da bildirilir ki, Çin rəsmiləri metal pulların kağız əskinazlara nisbətdə virusun yayılmasında daha geniş rol oynaması səbəbindən yaxın gələcəkdə bu pulların ölkə ərazisində dövriyyədən çıxarılması məsələsi gündəmə gələ bilər.

Müasir rəqəmsal ödəniş xidmətlərinə inteqrasiya olunan “Azexport.az” internet portalı VİSA, Master Card və American Express kart sahibləri üçün portal üzərindən ödəmələri tam təhlükəsiz və sürətli həyata keçirilməsini təmin edir.Bu isə, istehlakçılara sifariş olunan məhsullarındəyərinin nağdsız ödənilməsi imkanını təqdim edir. Pandemiya dövründə kuryer və istehlakçı arasında nağd pul dövriyyəsinin olmaması virusa yoluxma riskləri minimuma endirir.

Nəqliyyat loqistika xidmətləri. Portalda sifarişlərin kuryer vasitəsi ilə ünvana çatdırılması xidmətidə mövcuddur. Qeyd edim ki, Çin təcrübəsində onlayn olaraq sifariş olunan məhsul kuryer və istehlakçıtəması olmadan həyata keçirilir. Belə ki, sifarişçi məhsulun dəyərini onlayn ödəyir, kuryer sifariş olunan məhsulu ünvana çatdırdıqdan sonra həmin ərazidən uzaqlaşaraq telefon vasitəsi ilə bu barədə sifarişçiyə məlumat verir.

Portal tərəfindən təqdim olunan xidmətlərə görə satışlardan komissiya və ya abunə haqqı yoxdur. Xidmətlər tam olaraq ödənişsizdir. Xidmətdən istifadə etmək istəyən sahibkarlar “Azexport.az” internet portalında qeydiyyatdan keçərək istehsal etdikləri məhsullar barədə məlumatları yerləşdirmələri kifayətdir.

P.S. Xidmətdən istifadə zamanı yaranan suallarla bağlı təqdim olunan nömrə ilə əlaqə saxlaya bilərlər.

+994502958687
Ayxan Qədəşov

Almaniya hökuməti "Lufthansa"ya 9 milyard avroluq dəstək verəcək
Almaniya hökuməti "Lufthansa"ya 9 milyard avroluq dəstək verəcək
Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı azalıb
Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı azalıb
Melek Çakmak: FAO və Azərbaycan ekologiya sahəsində uğurla əməkdaşlıq edir
Melek Çakmak: FAO və Azərbaycan ekologiya sahəsində uğurla əməkdaşlıq edir
Loading Bars
Xəbər lenti
Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb
Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi dünyasını dəyişib
Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib
Binəqədidə əl qumbarası tapılıb (FOTO)
ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub (FOTO)
Ombudsmanın Quba Regional Mərkəzi videokonfrans vasitəsilə maarifləndirici tədbir keçirib
Milli Məclis deputatların maaşı ilə bağlı məsələyə aydınlıq gətirdi
Dağlıq Qarabağda keçirilmiş saxta "seçkilər"lə bağlı BTM-nin Baş katibinə məktub ünvanlanıb
Beynəlxalq Muğam Mərkəzindən “Muğam ustadları” layihəsi unudulmaz pedaqoq Nəriman Əliyevə həsr olunub
Hava dəyişkənliyi necə baş verir? - Umayra Tağıyeva açıqladı
"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib
Rusiya nəşri Paşinyanın hitlerçi babası ilə bağlı qalmaqaldan yazıb
Çimərlik və su istirahət mərkəzlərinin fəaliyyətinə qoyulan YENİ TƏLƏBLƏR açıqlanıb
Qəbələ sakinindən silah götürülüb
AKƏM tərəfindən keçirilən aksiyalarda AFFA-nın 200 könüllüsü aktiv şəkildə iştirak edib (FOTO)
İranda koronavirusa yoluxanların sayı 140 minə çatıb
Vikipediyada Əbdürrəhim bəy Haqverdiyev haqqında özbək dilində bölmə yaradılıb (FOTO)
Gəncədə avtomobil kanalizasiya quyusuna düşüb, ölən var
“The Jerusalem Post” Azərbaycan müxalifətindəki gey qalmaqalından yazdı
BNA və Baş Polis İdarəsi birgə əhalini maarifləndirmə tədbirlərinə başlayıb (FOTO)
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Sabah 32 dərəcə isti olacaq
Afət Həsənova: Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara riayət etmək mütləqdir
DYP 5 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı
Çin Marsa ilk missiyasını göndərməyi planlaşdırır
Mingəçevir Dövlət Universitetində sığorta mövzusunda təlim keçirilib (FOTO)
Rusiyada ötən gün 9 minə yaxın koronavirusa yoluxma qeydə alınıb
Rabitəbank Ramazan bayramında aztəmaninatlı tənha yaşayan ahılları sevindirdi
Bərdədə istifadəyə yararsız ət aşkar edilib
Xarici və yerli mütəxəssislər dünyada və Azərbaycanda Qonaqpərvərlik sektorunun COVID-19-dan sonra bərpasını müzakirə etdilər (FOTO)
"Performance Center" şirkəti ölkəyə daha 2 beynəlxalq avtomobil markasını gətirir! (VİDEO)
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən AÇIQLAMA
ÜST malyariya dərmanının koronavirusa qarşı vasitə kimi sınaqlarını dayandırıb
Gəncədə törədilən qətllə bağlı cinayət işi başlanılıb
Sumqayıtda ağır qəzada 4 hərbçi dünyasını dəyişib (FOTO) (ƏLAVƏ OLUNUB-2)
Azərbaycan XİN Gürcüstanı təbrik edib
Moldovada beynəlxalq avtobus və dəmiryolu nəqliyyatının hərəkətinə qadağa götürülüb
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb
Naqif Həmzəyev: Ölkəmizdə yeni texnologiyaların tətbiqi yeni uğurlar deməkdir
Ermənistanda koronavirusa yoluxanların sayı 7 400 nəfəri keçib
Rauf Əliyev: 28 May Respublika Günü Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biridir
Astarada narkotik satan şəxslər saxlanılıb
Bu gün havanın temperaturu iqlim normasından aşağı olub - FAKTİKİ HAVA
"Wood Mackenzie": Azəri-Çıraq-Günəşli yatağı payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır
Zəlzələ İranın tarixi abidələrinə ziyan vurub
Yaponiyalı həkimlər: Tibbi maskalar körpələr üçün təhlükəlidir
Azərbaycanda avtomobil benzininin istehsalı artıb
Qohumunun evindən oğurluq edən qadın saxlanılıb
Azərbaycanda sənaye istehsalının həcmi artıb
Rusiyada helikopter sərt eniş edib: Həlak olanlar var
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 26 dəfə pozub
Türkiyə televiziyası Azərbaycanın 28 May Respublika Gününü təntənə ilə qeyd edəcək (VIDEO)
Bakıda bağ evlərinin icarə qiymətləri artacaq - PROQNOZ
Almaniya hökuməti "Lufthansa"ya 9 milyard avroluq dəstək verəcək
Çində ötən sutka ərzində koronavirusa 7 yoluxma halı qeydə alınıb
Yeni Zelandiyada zəlzələ olub
ABŞ Brazilyadan gələnlərə giriş qadağasını iki gün tez tətbiq edib
Braziliyada sutka ərzində 807 nəfər koronavirusun qurbanı olub
Kaliforniyada dini mərasimlərin keçirilməsinə icazə verilir
"Virgin Orbit" şirkətinin raket-daşıyıcısının ilk sınağı uğursuz keçdi
Britaniyada bəzi mağazalar açılır
İbrahimoviç məşq zamanı zədə alıb
Moskvada koronavirusdan daha 76 nəfər dünyasını dəyişib
ÜST: Son sutkada dünyada 100 264 koronavirusa yoluxma halı qeydə alınıb
Gəncədə minik avtomobili quyuya düşüb, ölən var
Yaponiyanın kosmik yük daşıyıcısı Beynəlxalq Kosmik Stansiyası ilə birləşib
Misirin Dağlıq Qarabağda qondarma “seçkiləri” tanımaması Azərbaycan icması tərəfindən yüksək qiymətləndirilib
Balakənə dolu düşüb
Alternativ enerjinin alternativi yoxdur
Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdə davam edir
Türkiyədə son sutkada koronavirusdan 1 321 nəfər sağalıb
Azərbaycan Prezidenti: Gərək biz bütün şəhərlərimizdə texnika ilə təchizatı yüksək səviyyəyə qaldıraq
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
ÜST koronavirusun müalicəsi üçün nəzərdə tutulan maddələrin sınaqlarını dayandırıb
Habil Qurbanov: Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövr tariximizin ən şanlı dövrlərindən biridir
Qazaxda yaşayış binasında yanğın olub
İsraildə teatrlar və konsert salonları iyunda açılacaq
Ölkədə olan faktiki hava şəraiti açıqlanıb
Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
Tahir Rzayev: Karantinlə bağlı təlimatlara əməl etməyənlər barəsində ciddi inzibati tədbirlər görülməlidir
Azərbaycan könüllülərindən bayram sovqatı (FOTO)
Əlahiddə Ümumqoşun Orduda kəşfiyyatçılar arasında yarışlar keçirilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda tikilən çoxmənzilli binalarda yaradılan şəraitlə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda inşa olunan körpələr-evi uşaq bağçasının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Şamaxının icra başçısı karantinə alınması ilə bağlı açıqlama verib
Biləsuvar sakini həmyerlisinin qoyunlarını oğurlayıb
Xırdalan şəhər sakininə qarşı quldurluq edən iki qardaş saxlanılıb
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 2 nəfər öldü
17 kiloqramdan çox narkotik vasitəni onlayn yolla satmaq istəyən qardaşlar saxlanıldı (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfərə gəliblər (FOTO/VIDEO)
Ət və ət məhsullarının faydası və zərərli xüsusiyyətləri
Vətəndaşlar Prezidentə yazırlar: Belə bir çətin zamanda ölkəmizdə islahatların davam etdirilməsi bizi çox sevindirir
Şamaxıda iki nəfər hündürlükdən yıxılıb, biri ölüb
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu göndərib
İtaliyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib
Avropanın bu ölkəsi koronavirusa qalib gəldiyini elan etdi
Bütün xəbərlər