Bakı. Trend:
Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan xüsusi karantin rejimi dövründə aztəminatlı ailələrə dəstək tədbirləri davam etdirilir.
Komitədən Trend-ə verilən məlumata görə, DGK Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 145 aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.