...

Azərbaycanda “İmmunlaşdırma həftəsi”nə start verildi

Cəmiyyət Materials 21 Aprel 2020 16:55 (UTC +04:00)
Səhiyyə naziri Oqtay Şirəliyev respublikada “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalayıb.
Azərbaycanda “İmmunlaşdırma həftəsi”nə start verildi

Bakı. Samir Əli - Trend:

Azərbaycanda “İmmunlaşdırma həftəsi”nə start verilib.

Səhiyyə Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, nazir Oqtay Şirəliyev respublikada "İmmunlaşdırma həftəsi"nin keçirilməsi barədə əmr imzalayıb. Nazirin əmri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən "İmmunlaşdırma həftəsi"nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.

Əmrdə 2020-ci ilin aprel ayının 20-26 tarixlərində Respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" nin təşkili Səhiyyə Nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılır. Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların "İmmunlaşdırma həftəsi" ərzində peyvəndlərə cəlb edilməsi, COVİD-19 infeksiyasına görə epidemioloji vəziyyəti nəzərə alaraq uşaqların kütləvi axınının qarşısının alınması məqsədilə onların peyvəndlərə növbəli dəvət olunması, ÜST dəstəyi ilə "İmmunlaşdırma həftəsi" ərzində peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə Respublikanın rayonlarında monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti