...

Xüsusi karantin rejimi zamanı 48 295 nəqliyyat vasitəsi cərimə edilib

Cəmiyyət Materials 4 May 2020 17:37 (UTC +04:00)
Xüsusi karantin rejimi zamanı 48 295 nəqliyyat vasitəsi cərimə edilib

Bakı. Trend:

Xüsusi karantin rejimi zamanı 48 295 nəqliyyat vasitəsi cərimələnib, amma qərarları verilməyib.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

V.Kərimlinin sözlərinə görə, 1 may tarixindən qeydə alınan cərimələrin tətbiqi proseduruna başlanılacaq: "Buna səbəb nəqliyyat vasitələrinin xaotik dayanması ilə onların sıxlığa səbəb olmasıdır. Ona görə də məcburi halda cərimələri bərpa etməliyik. Bunun konkret zonalar üzrə tətbiqinə başlanılacaq. Nəqliyyat sıxlığı olmayan yerlərdə cərimələrin tətbiqi yersizdir”.

BNA sədri əlavə edib ki, koronavirusa dair metodiki göstərişlərə əsasən, ictimai nəqliyyatda tibbi maska taxmaq məcburidir: "Bunun cərimə mexanizmi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar veriləcək. Biz daha çox cərimələməyə yox, maarifləndirməyə üstünlük verməliyik. Əgər sıxlıq həddindən çox olarsa, bunun üçün məhdudlaşdırıcı tədbirlər görüləcək”.

O vurğulayıb ki, indiki dövrdə qaydaları pozan marşrut avtobuslarının xətlərdən çıxarılması düzgün deyil:

"Koronavirus pandemiyası dövründə 79 nömrəli daşıyıcı ilə bağlı şikayətlər daxil olub və bu daşıyıcı barədə ciddi tədbirlər görüləcək".

V.Qasımlı qeyd edib ki, avtobusda sıxlığın olması həmin marşrut xətti üzrə avtobusun az olması demək deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti