...

Bakıda xüsusi ekspress marşrut taksi sistemi tətbiq edilə bilər

Cəmiyyət Materials 4 May 2020 17:49 (UTC +04:00)
Bakıda xüsusi ekspress marşrut taksi sistemi tətbiq edilə bilər

Bakı. Samur Əli - Trend:

Bakıda xüsusi ekspress marşrut taksi sisteminin tətbiq edilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası dövründə taksilərin fəaliyyəti analiz edilib: "Məsələn, Həzi Aslanov-Koroğlu və ya Koroğlu-20 Yanvar istiqamətində ekspress taksilər xəttə buraxılacaq. Bu xətlər üzrə marşrut taksilər pik saatlarda fəaliyyət göstərə bilər".

BNA sədri əlavə edib ki, taksi fəaliyyəti ilə bağlı ümumi təkliflər hazırlanıb:

"Hazırda qanunsuz taksi fəaliyyət göstərən sürücülərlə bağlı qanunvericilikdə cərimələnmə yoxdur. Bununla bağlı qanunvericiliyə dəyişikliklər edildikdən sonra paytaxtda qanunsuz taksi fəaliyyətinin qarşısı alınacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti