...

Bakıdakı avtobuslarda arakəsmələr quraşdırılacaq

Cəmiyyət Materials 4 May 2020 18:14 (UTC +04:00)
Bakıdakı avtobuslarda arakəsmələr quraşdırılacaq

Bakı. Samir Əli - Trend:

Bakıdakı avtobuslarda arakəsmələr quraşdırılacaq.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Sədr qeyd edib ki, bu gündən etibarən daşıyıcı şirkətlərə, eləcə də taksilərə şəffaf arakəsmələrin quraşdırılması ilə bağlı tələb qoyulub. Hazırda bu sahədə qanunvericiliyə dəyişiklərlə bağlı layihə hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti