...

Daxili uçuşlar bu tarixdə bərpa olunacaq - Operativ Qərargah AÇIQLADI

Cəmiyyət Materials 9 İyun 2020 18:59 (UTC +04:00)
Daxili uçuşlar bu tarixdə bərpa olunacaq - Operativ Qərargah AÇIQLADI

Bakı. Samir Əli - Trend:

Daxili uçuşlar iyunun 15-dən bərpa olunacaq.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, ilk olaraq Naxçıvana uçuş olacaq: "Uçuş zamanı qaydalara nəzarət olunacaq. Xaricdən Azərbaycana çarter uçuşlar da davam edir. Dağıstandan bu gün 130 nəfər gətirilərək karantinə alınıb. İyunun 10-da isə Nyu Yorkdan 210 nəfər Bakıya gətiriləcək. Xaricdə olan vətəndaşlarımızın gətirilməsi prosesi mərhələli şəkildə davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti