...

Məşhur oteldə karantin qaydalarını pozanlar saxlanıldı (VİDEO)

Cəmiyyət Materials 5 İyul 2020 17:05 (UTC +04:00)
Məşhur oteldə karantin qaydalarını pozanlar saxlanıldı (VİDEO)

Bakı: Trend.

Bakının məşhur hotellərindən birində karantin rejiminin qaydalarına zidd olaraq hovuz müştərilər üçün açıq olub.

Hovuz ətrafında istirahət edən şəxslərin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Trend-in məlumatına görə, polis oteldə karantin qaydaları pozulmasına görə, həmin şəxsləri saxlayıb.

Karantin rejimini pozan şəxslər inzibati məsuliyyətə cəlb olunacaq.

Xəbər lenti

Xəbər lenti