...

“Azərsu” qeyri-iş günlərində gücləndirilmiş iş rejimində işləyəcək

Cəmiyyət Materials 30 İyul 2020 16:18 (UTC +04:00)

Bakı. Trend:

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

ASC-dən Trend-ə bildirilib ki, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq. Bu günlərdə içməli su təchizatında hər hansı planlaşdırılmış məhdudiyyətlərin tətbiqi nəzərdə tutulmayıb.

Xüsusi karantin günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün operativ tədbirlər görüləcək.

İstehlakçılardan xahiş olunur, su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti