...

DİN: Komendant saatı tətbiq olunan ərazilərdə hərəkətinə icazəsi olmayan şəxslər barədə tədbir görülür (FOTO)

Cəmiyyət Materials 1 Oktyabr 2020 17:19 (UTC +04:00)

Bakı. Trend:

Ölkəmizdə komendant saatının tətbiq olunduğu şəhər və rayonlarda polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə saat 21:00-dan ertəsi gün 06.00-dək xidmət aparır.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə bildirilib ki, komendant saatının tətbiq olunduğu müddətdə piyadaların, sürücü və sərnişinlərin sənədləri yoxlanılır, avtomobillərin yük yerinə baxış keçirilir. Hərəkətinə müvafiq icazəsi olmayan şəxslər barədə qanunvericliyin tələblərinə uyğun olaraq tədbir görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti