...

NEQSOL Holding Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb

Cəmiyyət Materials 2 Oktyabr 2020 16:30 (UTC +04:00)
NEQSOL Holding Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb

Bakı. Trend:

Ölkənin ərazi bütövlüyü uğrunda mübarizəsi şəraitində, NEQSOL Holding Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub. NEQSOL Holding-in tərkibində olan şirkətlər Silahlı Qüvvələrə Yardım Fonduna ümumilikdə 1 milyon manat məbləğində vəsait köçürüb.

Məlumat üçün, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə təsis olunub. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

NEQSOL Holding-in əsas fəaliyyət istiqamətlərinə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələri aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti