...

TƏBİB-in Elmi Komitəsinin sədri: Virus hələ də bizim aramızdadır

Cəmiyyət Materials 2 Oktyabr 2020 23:52 (UTC +04:00)
TƏBİB-in Elmi Komitəsinin sədri: Virus hələ də bizim aramızdadır

Artıq bir müddətdir ki, ölkədə epidomoloji vəziyyət nəzarət altındadır. Gündəlik yoluxma 100-150 və bəzən daha az olur.

Trend xəbər verir ki, bu sözləri “Real TV”yə açıqlamasında bunu TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov deyib

O bildirib ki, yoluxanların sayının aşağı düşməsi həm görülən tədbirlərin, həm də əhalinin qaydalara ciddi əməl etməsinin nəticəsidir:

“Yoluxamalar azaldıqca, vəziyyət sabitləşdikcə Operativ Qəragah yumşaltmalar edir və edəcək.

Biz də deyirik ki, yumşalmalar çoxaldıqca, sərbəstlik artdıqca qaydaları daha ciddiyə almaq lazımdır. Düşünmək lazım deyil ki, yoluxma azalıb və hər şey düzəlməyə doğru gedir. Virus bizim aramızdadır və ondan mümkün qədər qorunmağa hamımız çalışmalıyıq. Əgər qorunmasaq, ağır nəticələr ortaya çıxa bilər. Ön cəbhədəki qələbələr, arxa cəbhədə də qələbə qazanmağımıza kömək etməlidir. Bütün gücümüzlə sağlam olmaq üçün çalışmalıyıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti