Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov UNESCO-nun Baş katibinə müraciət ünvanlayıb

Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov UNESCO-nun Baş katibinə müraciət ünvanlayıb

Bakı. Trend:

Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov UNESCO-nun Baş katibi Odri Azuleyə müraciət ünvanlayıb.

Trend-in məlumatına görə, müraciətdə deyilir:

"Möhtərəm Azule xanım!

Sizə, hörmət və ehtiramımı bildirərək, xoş duyğularla müraciət edirəm.

Bu yaxınlarda bəzi KİV-lərdə Fransanın bir qrup tanınmış mədəniyyət xadimlərinin müraciəti yayılmışdır. Onlar tarixi kobubcasına təhrif edərək Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazisi Dağlıq Qarabağda erməni separatçılığını dəstəkləyiblər.
Qeyd etməyi lazım bilirəm ki, tarixi dəqiq və müfəssəl öyrənmədən və obyektiv araşdırma aparmadan baş verənlər haqqında bu cür bəyanatlar vermək mədəniyyət xadimlərinə yaraşmaz.

Mənim fikrimcə, bu cür ciddi hadisələrə yanaşma meyarlarının əsasında qərəzsizlik, tarixi situasiyanın obyektiv analizi və əlbəttə ki beynəlxalq qanunların hüquqi cəhətdən dəqiq gözlənilməsi durmalıdır.

İcazənizlə, bir neçə danılmaz tarixi faktı xatırladım: 1805-ci ildə Qarabağ xanlığının Rusiya imperiyasının tabeliyinə keçməsi barədə bağlanan Kürəkçay müqaviləsində, bundan bir neçə il sonra bağlanmış Gülüstan və Türkmənçay müqavilələrində və azərbaycanlılar tərəfindən deyil, digər dövlətlərin nümayəndələri tərəfindən tərtib olunan sənədlərdə də erməni əhalisi barədə bir söz belə yoxdur.
SSRİ dönəmində, 1978-ci ildə ermənilər könüllü olaraq Qarabağa köç etmələrinin 150 illiyi münasibətilə abidə ucaltmışdılar, lakin 1988-ci ildə baş vermiş Qarabağ hadisələri zamanı elə özləri də onu, Azərbaycan ərazisinə yerləşdirildikləri dövrün bu dilsiz şahidini məhv etdilər. Bütün bu məlumatlar internetdə açıq mənbələrdə mövcuddur.

Qarabağ qədim Azərbaycan torpağıdır, olub və həmişə də olacaq !
Qarabağ – Azərbaycan mədəniyyətinin beşiyi, Azərbaycan peşəkar musiqi məktəbinin banisi Üzeyir Hacıbəyovun, tanınmış şair və dövlət xadimi Molla Pənah Vaqifin, Qarabağ muğam məktəbinin bütün dünyada məşhur olan görkəmli ifaçılarının vətənidir.
Qarabağ – xalçaçılıq sənətinin, bir çox Azərbaycan bəstəkarı və musiqiçisinin, yazıçı və aliminin vətənidir.

Qarabağın ürəyi, hər bir azərbaycanlı üçün əziz şəhər – Şuşa məşhur xanəndələr Cabbar Qaryağdı, Seyid Şuşinski və Şuşanın banisi, onun birinci hökmdarı Pənah Əli xan nəslinin davamçısı Xan Şuşinskinin şəhəridir. Şuşa həm də müasir tarın yaradıcısı Sadıqcanın vətənidir.

Mənim də ulu babam, 1828-ci ildə Qarabağın tarixinə həsr olunmuş və ermənilərin mövcudluğu barədə heç bir məlumat olmayan məşhur “Qarabağnamə” elmi əsərini yazan görkəmli tarixçi Mirzə Adıgözəl bəy də Şuşada anadan olmuşdur. Məhz buna görə, erməni işğalçılarının bu torpağa basqınından sonra baş verənlər biz azərbaycanlıların ürəyində böyük bir ağrı ilə əks olunur. 30 illik işğal zamanı erməni hərbi qüvvələri tərəfindən Qarabağda Azərbaycan tarixi sistematik olaraq təhrif olunur, silinir və mənimsənilirdi, Azərbaycan xalqının qədim mədəniyyəti və memarlığı məhv edilirdi.
Elə bu yaxınlarda, yeni başa çatan İkinci Qarabağ müharibəsində döyüş bölgəsindən kifayət qədər uzaqda yerləşən şəhərlərin kütləvi bombardmanı nəticəsində qoca, qadın və uşaqlar da olmaqla Gəncə və Bərdənin 100-ə yaxın günahsız dinc sakini həlak oldu. Tamamilə dağıldığına və yer üzündən faktiki olaraq tam silindiyinə görə Ağdam Azərbaycanın “Hiroşima”sı, Tərtərin dağıntıları isə “Stalinqrad” adlandırıldı.
30 il əvvəl bizim bir milyona yaxın həmvətənimiz öz torpaqlarında qaçqına çevrildi, erməni işğalçıları tərəfindən yurdlarından qovuldu. Bəs insanlıq çərçivələrinə sığmayan bu faktları hörmətli mədəniyyət xadimləri niyə öz bəyanatlarında qeyd etmirlər?
1992-ci ildə erməni işğalçıları tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı soyqırım həyata keçirildi, lakin demokratik ölkənin mədəniyyət xadimlərinin heç biri səsini çıxartmadı və Ermənistanın faşist əməllərini mühakimə etmədi. Yalnız Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət !” beynəlxalq kampaniyası sayəsində bir çox ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını qəti şəkildə pislədilər və insanlığa qarşı cinayət kimi tanıdılar.

Bütün bu illər ərzində Azərbaycanda otuz minə yaxın erməni yaşayıb və yaşamaqdadır. Bakının mərkəzindəki Erməni kilsəsi dövlət tərəfindən bərpa olunub və onun kitabxanasında 5000-ə yaxın erməni əlyazması və kitabı hifz olunur!!!
Bu, bizim xalqın və dövlətin təkrarolunmaz tolerantlığı və humanizminin açıq-aydın təzahürü deyilmi?!

Uzun müddətli işğal zamanı Ermənistanın faşist siyasətinin nəticəsində yaşayış evləri ilə yanaşı yüzlərlə mədəniyyət ocağı, o cümlədən 4,6 milyonluq kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət evi, klub və mədəniyyət sarayı, 85 musiqi və rəssamlıq məktəbi, 22 muzey, 4 şəkil qalereyası, 4 teatr, 2 konsert salonu, 8 mədəniyyət və əyləncə parkı, 2000-dən artıq tarixi-mədəni abidə vəhşiliyin qurbanı olmuşdur. Bu siyahıya Xan qızı Xurşudbanu Natəvanın ev-muzeyi də daxildir. Qafqaza səfəri zamanı Aleksandr Düma-ata bu evdə onunla şahmat oynamış, uduzmuş və ehtiram əlaməti olaraq şahmatını ona bağışlamışdır. Həmin şahmat indi də Ədəbiyyat muzeyində qorunub saxlanılır.

Xüsusi əhəmiyyətə malik unikal tarixi abidələrə barbar münasibət dünya mədəni irsinə təhdid kimi qiymətləndirilir. Otuz ilə yaxın erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında davam etmiş bu cinayətləri qınamaq və bundan hiddətlənmək əvəzinə erməni lobbiçilərinin yalanları əsasında münaqişənin mahiyyəti haqqında məlumatsızlıqdan xəbər verən və işğalçını açıq şəkildə müdafiə edən bəyanatlar yayılır. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə görə onlar Azərbaycan torpaqlarını hələ 30 il bundan əvvəl tərk etməli idilər! Bəs niyə onlardan heç kimi maraqlandırmadı ki, erməni hərbi qüvvələri digər ölkənin ərazisində nə edirlər, niyə milyona yaxın azərbaycanlı öz tarixi torpaqlarından didərgin salınıb və 30 ildə onlar harada və hansı şəraitdə yaşayıblar?!

Qarabağın mədəni irsinin məhv edilməsi – yerli faciə deyil, Ermənistanın ərazi iddialarına və bütün cinayətlərinə qarşı susan dünya ictimaiyyəti üçün biabırçılıqdır. Məlum olduğu kimi, Azərbaycan muğamı, tar və kamança alətləri, aşıq sənəti, Novruz bayramı, xalçaçılıq, kəlağayı sənəti, lavaş hazırlanması və təqdimatı və Azərbaycan mədəniyyətinin digər nümunələri UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilmişdir.

Heydər Əliyev fondunun təmsilçiliyi ilə bizim dövlətin Fransa, İtaliya, Vatikan, Rusiya, Pakistan və digər ölkələrdə dini ziyarətgahların qorunub saxlanmasına və bərpasına yönəlmiş çoxşaxəli fəaliyyəti bütün dünyaya bəllidir.

Uzun illər bu istiqamətdəki səmərəli fəaliyyətinə görə Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva dərin hörmət və minnətdarlıq əlaməti olaraq bu ölkələrin medalları və ordenləri ilə təltif edilmişdir. Onun nəcib təşəbbüsləri sayəsində Fransanın bir çox bölgələrində kilsə və muzeylər, Vatikanda katakombalar, Həştərxanda Müqəddəs knyaz Vladimirin abidəsi bərpa olunaraq dünyaya qaytarılıb və bir çox digər xeyirxah, humanist və tarixdə iz salan işlər görülüb.

Sizin sadiq bəndəniz mən isə, beynəlxalq müsabiqələrin qalibi, Paris Ali Musiqi Akademiyasının məzunu olaraq F. Pulenk beynəlxalq müsabiqəsinin qalibi olmuş və Fransa hökumətinin dövlət təqaüdünə – Senatın İncəsənət və ədəbiyyat medalına layiq görülmüşəm. Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının professoru olaraq, geniş konsert fəaliyyəti ilə məşğul olmuşam, Parisin ən yaxşı konsert salonlarında (Pleyel, Cortot, Theatre des Chams-Elisee və s.) çıxış etmişəm. Hiroşima (Yaponiya) qastrollarında və Kabildə (Əfqanıstan) Fransız Kinematoqrafiyası günlərində klassik Azərbaycan musiqisi ilə yanaşı böyük məmnuniyyətlə tamaşaçılara Ravel, Debüssi və Pulenkin əsərlərini də təqdim etmişəm.

Bütün bu faktlar və dünya mətbuatında özünün geniş ifadəsini tapmış tolerantlıq, demokratiklik və multikulturalizm haqqında digər məlumatlar nəyə görəsə həmin şəxslər tərəfindən nəzərə alınmamış, erməni tərəfinin yanlış məlumatları əsas kimi götürülmüş və həqiqətə uyğun olmayan absurd bəyanat imzalanmışdır.

Sizə bir daha xatırlatmaq istərdim ki, müasir Azərbaycan – multikulturalizm qanunları ilə yaşayan çoxmillətli və çoxkonfessiyalı dövlətdir . Xristian, müsəlman, yəhudi və dünya mədəni irsinin qorunması dünyəvi Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biridir.

Sonda, ümid etmək istərdim ki, sadaladığım məlumatlar gerçək faktlara və beynəlxalq hüquqa söykənən ədalətli mövqenin yaranması üçün faydalı olacaqdır.

Şübhə etmirəm ki, hörmətli mədəniyyət və incəsənət xadimləri əvvəllər də olduğu kimi bizi öz yaradıcılıqları ilə sevindirəcək, tarixdə və minnətdar tamaşaçıların yaddaşında öz ədalətsizliyi ilə bütöv bir xalqın müqəddəs hisslərini təhqir edən yanlış müraciət və bəyanatların altında qoyduqları şübhəli imzaları ilə deyil, yaratdıqları nurlu obrazlarla qalacaqlar.

Hörmətlə,
Murad Hüseynov,
Azərbaycan Respublikasının Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Beynəlxalq müsabiqələr laureatı, Fransa və Macarıstan dövlət mükafatları kavaleri, Professor"

20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb - Nazir (FOTO)
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb - Nazir (FOTO)
Los Ancelesdəki Baş Konsulluq 20 Yanvar faciəsi barədə ingilis dilində film hazırlayıb
Los Ancelesdəki Baş Konsulluq 20 Yanvar faciəsi barədə ingilis dilində film hazırlayıb
Loading Bars
Xəbər lenti
MDU-nun tələbə gəncləri 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş tədbir keçirib (FOTO)
“Məqsəd o idi ki, Azərbaycan xalqının iradəsi sınsın, amma alınmadı” - 20 Yanvar faciəsinə xarici ekspertlərin baxışı “Hədəf”də
Çin ABŞ-ın 28 vətəndaşına qarşı sanksiya tətbiq edib
Ombudsman Aparatının əməkdaşı 20 Yanvar faciəsinə həsr edilmiş videokonfransda iştirak edib
Azərbaycan 2030-cu ilədək ÜDM-ni iki dəfə artıracaq - Mikayıl Cabbarov
Türkiyədə koronavirusa qarşı vaksinasiya olunanların sayı 1 milyonu ötüb
Ombudsmanın regional mərkəzləri tərəfindən 20 Yanvar faciəsi ilə bağlı onlayn tədbirlər keçirilib (FOTO)
Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi
Bakıda yataqxana binasında yanğın olub
20 Yanvar: Faciə və qəhrəmanlıq tariximiz
Cozef Bayden ABŞ-ın 46-cı prezidenti kimi fəaliyyətə başladı
İtaliyanın mətbuat orqanları Qanlı Yanvar faciəsindən yazırlar
Estoniyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
İranın xarici işlər naziri Bakıya gəlir
XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini qurbanlar bahasına gerçəkləşdirdi - Tarixçi
Tramp Baydenin inauqurasiyasını gözləmədən Ağ Evi tərk etdi
Madridin mərkəzində güclü partlayış olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
Belarus saytında 20 Yanvar faciəsinin ildönümünə dair məqalə dərc edilib
Ermənilərin qarşısını kəsdiyi çaylar: 30 min hektar ərazi su ilə təmin olunacaq - Trend TV-nin reportajı (VİDEO)
Kəlbəcər rayonunun Nadirxanlı kəndi (VİDEO/FOTO)
London sakinlərinə 20 Yanvar faciəsindən bəhs edən bukletlər paylanıb (FOTO)
Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib (VİDEO)
Cəllad Stepan Şaumyanın Fransada izləri - Fransa mətbuatı
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib
ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı məktub kampaniyası başlayıb
MDU və Mingəçevir Gənclər Evi birgə “20 Yanvar: şərəf və qəhrəmanlıq səhifəmiz” mövzusunda anım tədbiri keçirib (FOTO)
Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib
Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi barədə: Unutmadıq, unutmayacağıq!
Təhsil Mərkəzinə çatanda gördüm yerdə bir nəfər uzanıb, üzərinə isə qara gödəkçə salınıb - Qanlı Yanvar şahidi
Vətən müharibəsində iştirak edən 2 777 şəxsin müraciətinə baxılıb
Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb
20 Yanvar faciəsi nəinki xalqımızı qorxutmadı, əksinə, müstəqillik iradəsini möhkəmləndirdi - Deputat
Co Bayden prezident qismində ilk bu sənədləri imzalayacaq
Fransa mətbuatında 20 yanvar faciəsi haqda məqalə dərc olunub
İranda koronavirusdan ölənlərin sayı 57 min nəfəri keçdi
Şuşada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (VİDEO)
20 yanvar hadisələri bakılıların həyatını "əvvəl" və "sonra"ya böldü - Lev Spivak
Azərbaycan əhalisi 56 min nəfərdən çox artıb
20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçirilib (FOTO/VİDEO)
Ombudsman 20 Yanvar faciəsi ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib (VİDEO)
Bakıda güclü yanğın - Mebel və avtomobil sexləri, 1 ”Opel” yandı
20 Yanvar qırğınının baiskarları, o cümlədən Qorbaçov cəzasını almalıdır - QMİ sədri
Türkiyə XİN 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Ötən il Azərbaycanın neft bitumu istehsalı 10 dəfədən çox artıb
“20 Yanvar” qurbanlarının xatirəsi elektrik deposunda anılıb (FOTO)
20 Yanvar faciəsi xalqımızın milli şüuruna dönüş hadisəsi kimi daxil oldu - Şəhid bacısı
Azərbaycanda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi artıb
Dinc insanlar qətlə yetirildi - Fransa səfiri Qanlı Yanvardan yazıb
Aİ-nin Azərbaycandakı nümayəndəliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat verib
Qara Yanvar Azərbaycan xalqı üçün müstəqillik uğrunda mübarizənin rəmzidir - Dmitri Panin
Bolqarıstan mətbuatı 20 yanvar hadisələri barədə yazıb (FOTO)
Vaksinlərdən sonra normal həyata nə zaman qayıdacağıq? - “Sahil Kərimli ilə Aktual”da mütəxəssislər sualları cavablandırıb (VİDEO)
Şəhid və müharibə iştirakçısı ailələrinin 3200-dən çox üzvü sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə edilib (FOTO)
DTX kollegiya üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıb
Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb
Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir (FOTO)
Sabah da qar yağacaq, şaxta olacaq
Qərənfillər bu gün xarıbülbüllə birlikdə açır - Çavuşoğlu 20 Yanvar faciəsindən yazdı
Rusiyada koronavirusdan ölənlərin sayı 67 mini keçib
Azərbaycanda yaşayan yəhudilər 20 Yanvar qurbanlarını yad edib: Bu, ölkədəki bütün xalqların acısıdır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO/VİDEO)
Yanvarın 19-u axşam işə gəlirdim... - 20 Yanvar şahidi
DİN əməliyyat keçirib - Silahlı şəxslər saxlanılıb
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərəkət dayandırıldı (FOTO/VİDEO)
Sol ayağını itirmiş qaziyə yüksək texnologiyalı protez hazırlanır (FOTO)
Baş konsulun 20 Yanvar faciəsi haqda məqaləsi ABŞ-da dərc edilib
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb - Nazir (FOTO)
20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil, həm də şərəf günüdür - Hüseyin Altınalan
20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq - Britaniya səfiri (FOTO)
“Azərsun Holdinq”in kollektivi 20 yanvar tarixində Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycan neftinin qiyməti 56 dolları keçib
Paşinyan müxalifətin Qarabağ müharibəsini araşdırmaq təklifini qəbul etmədi
Qazaxıstan səfirliyi 20 Yanvar qurbanlarının xatirəsini anıb
Türkiyə müharibədən sonra da Azərbaycana dəstək üçün səfərbər olub - Səfirdən Bahçelinin fikirlərinə aydınlıq
Ən çox qar bu ərazilərə yağıb - Faktiki hava
Türk Şurası 20 Yanvar qurbanlarının xatirəsini yad edib
Tramp son fərmanını imzaladı - Keçmiş məmurlar əfv olundu
Göyçayda keçmiş məhkumdan narkotik götürülüb (FOTO)
Azərbaycana yeni səfir təyin olunsa da, hələki vəzifəmi icra edirəm - Erkan Özoral
Şəhidlər Xiyabanı istiqamətində şəxsi avtomobillərdən istifadə etməyin -Sürücülərə müraciət
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi müzakirə edir
Ermənilər Vaqifin muzey-məqbərə kompleksini məhv ediblər - Monitorinqin nəticələri açıqlandı
Vaksinasiya mərhələli şəkildə davam edir - Nazir müavini
Los Ancelesdəki Baş Konsulluq 20 Yanvar faciəsi barədə ingilis dilində film hazırlayıb
Zəfər savaşından sonra bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq, bütün şəhidlərimizin ruhu şaddır - Hikmət Hacıyev (VİDEO)
Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq - Türkiyə səfirliyi
Yakutiyada 50 dərəcə şaxta qeydə alınıb
20 yanvar hadisəsi Azərbaycanın müstəqillik mübarizəsini boğmağa qarşı yönəldilmişdi - Tarixçi alim
Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
İsveçdə 5G şəbəkəsinin yaradılmasında 4 şirkət iştirak edəcək
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Almaniyada karantin 14 fevrala qədər uzadılır
Portuqaliyanın İqtisadiyyat naziri koronavirusa yoluxub
Almaniyada insan alveri ilə məşğul olan dəstə saxlanılıb
İsraildə karantin 31 yanvara qədər davam edəcək
Air France fevral və martda Rusiyadan Parisə bir sıra uçuşlar həyata keçirəcək
Liviyanın hərbi-dəniz məktəbində partlayış baş verib
Cəbhəboyu ərazilərdə iki gündə 129 ədəd mina aşkarlanıb - ANAMA (FOTO)
Bütün xəbərlər