...

“Gazelli Group” şirkəti “YAŞAT” Fonduna vəsait köçürüb

Cəmiyyət Materials 12 Fevral 2021 10:39 (UTC +04:00)
“Gazelli Group” şirkəti “YAŞAT” Fonduna vəsait köçürüb

Bakı. Trend:

“Gazelli Group” 20 illik fəaliyyəti ərzində çoxsaylı sosial aksiyalar keçirməklə, Korporativ Sosial Məsuliyyət (KSM) sahəsinə daim xüsusi diqqət ayırır.

Kişilər üçün “DASTAN” brendinin kosmetik məhsullarının satışından, eləcə də “Gazelli Art House Baku” qalereyasının “Evə aparan yol” adlı xeyriyyə sərgisindən əldə edilmiş 50.000 AZN həcmində vəsait “YAŞAT” Fonduna köçürülmüşdür.

Həmçinin İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin bombalanmasından sonra italiyalı fotoqraf Cordano Sotirio tərəfindən çəkilmiş fotoşəkillər də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanı ilə inşa edilməkdə olan Qələbə Muzeyinin fonduna təqdim edilmişdir.

Fəaliyyətinin əsas prinsiplərindən biri cəmiyyətə fayda vermək olan “Gazelli Group” müharibə dövründə Azərbaycan Ordusunu da diqqətdən kənarda qoymamışdır. Döyüşlərin davam etdiyi müddətdə Holdinq ordumuza qələbə qazandıran şanlı qəhrəmanları zəruri hərbi ləvazimatlardan ibarət bağlamalarla təmin etmişdir. Gəncə şəhərində Ermənistanın törətdiyi terror aktı nəticəsində valideynlərini itirmiş uşaqlara və evləri dağılmış vətəndaşlara da xüsusi diqqət göstərilmişdir.

Bu xeyriyyə tədbirlərinin məqsədi ölkəmizin vətəndaşları olaraq borcumuzu yerinə yetirmək, xalqımıza və dövlətimizə yardım və dəstək göstərmək, onların yanında olmaqdır. “Gazelli Group” şirkəti bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti