...

Azərbaycan startapı Turizm sferasında MENA bölgəsi üzrə ilin şirkəti seçilib (FOTO)

Cəmiyyət Materials 7 Aprel 2021 15:25 (UTC +04:00)
Azərbaycan startapı Turizm sferasında MENA bölgəsi üzrə ilin şirkəti seçilib (FOTO)

Bakı. Trend:

Azərbaycanlı komandanın idarə etdiyi və baş ofisi BƏƏ-nin Dubay şəhərində yerləşən Pickvisa.com startapı Turizm sferası üzrə regionun ən yaxşı şirkəti seçilib.

Viza işlərinin onlaynlaşdırılması üzrə ixtisaslaşmış bu səyahət startapı pandemiyanın turizmə ciddi mənfi təsir göstərdiyi bir dövrdə yaranmış vəziyyəti öz xeyrinə dəyişə bilib. Pickvisa startapının azərbaycanlı təsisçisi Baba Ağayev dünyanın tanınmış biznes dərgilərindən biri olan “Entreprenuer.com” üçün verdiyi müsahibəsində belə bildirib. Azərbaycanlı komanda yaranmış durğunluqdan maksimum istifadə edərək xidmətlərində viza müraciətçilərinin işini asanlaşdırmaq üçün innovativ dəyişikliklər ediblər.

Veb platformanın təqdim etdiyi bu elektron həllər MENA bölgəsinin diqqətindən kənarda qalmamışdır. Pickvisa.com “Entrepreneur.com”, “Dubai Chamber” və “Dubai Startup Hub”ın təşkil etdiyi “E-business Awards 2021” tədbirində ilin ən yaxşı e-travel şirkəti seçilib. Baba Ağayev hazırda üzərində işlədikləri Pickvisa.com startapı ilə gələcəkdə bu sfera üzrə viza alınması prosesində tamamilə yenilik yaratmağı hədəflədiklərini bildirib.

Qeyd edək ki, Pickvisa.com dünya üzrə səyahətçilərin viza müraciətlərini asanlaşdıran veb platformadır. Platforma, eyni zamanda, istənilən ölkə vətəndaşlarının 70 fərqli ölkəyə səyahətləri üçün e-viza müraciətlərini həyata keçirir. Veb səhifədə “Viza Şansı Kalkulyatoru” kimi bir neçə spesifik viza alətləri də yer alır.

Lazımi keçidlər:

“E-business Awards 2021” haqqında: https://bit.ly/3dhwyRO

Baba Ağayevin “Entrepreneur.com” dərgisinə müsahibəsi: https://bit.ly/3uabYK2

Digər şəkillər emailin qoşmasında sizə göndərilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti