...

Fərdi jurnalist müsabiqəsinin qalibləri açıqlandı (VİDEO)

Cəmiyyət Materials 22 İyul 2021 19:01 (UTC +04:00)
Fərdi jurnalist müsabiqəsinin qalibləri açıqlandı (VİDEO)

Bakı. Trend:

Medianın İnkişafı Agentliyi (MEDİA) fərdi jurnalist müsabiqəsinin qaliblərini açıqlayıb.

MEDİA-dan Trend-ə verilən məlumata görə, qaliblər aşağıdakı kimi müəyyənləşib:

"Ən yaxşı reportaj” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı bədii publisistika” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı ictimai-siyasi təhlil” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı sosial-iqtisadi təhlil” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı müsahibə” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı mədəniyyət materialı” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı idman reportajı və ya təhlili” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı köşə yazısı” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı jurnalist” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı oçerk” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı ictimai-siyasi reportaj” nominasiyası üzrə 2 nəfər, “Ən yaxşı iqtisadi reportaj” nominasiyası üzrə 2 nəfər, “Ən yaxşı sosial reportaj” nominasiyası üzrə 2 nəfər, “Ən yaxşı mədəniyyət” nominasiyası üzrə 2 nəfər, “Ən yaxşı idman reportajı” nominasiyası üzrə 2 nəfər qalib olub.

Qeyd edək ki, qaliblər siyahısında Trend Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşı Elgün Mənsimov da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti