...

Tənha yaşlı və əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə dəstək

Cəmiyyət Materials 1 Sentyabr 2021 14:32 (UTC +04:00)
Tənha yaşlı və əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə dəstək

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sosial tərəfdaşlıq müstəvisində özəl sektorun sosial layihələrinin bir istiqaməti də tənha yaşlı və əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə yönəlib.

Nazirliyin sosial tərəfdaşı “Paşa Holdinq” tərəfindən 2019-2021-ci illərdə mühüm dəstək tədbirləri həyata keçirilib. Şirkət əlilliyi olan şəxslərin BOCCİA İdman Federasiyasına da maliyyə dəstəyini göstərir.

Ali və orta ixtisas müəssisələrində ödənişli təhsil alan, görmə imkanı məhdud bir qrup tələbənin təhsil haqqını ödəyən “Paşa Holdinq” inklüziv teatr olan, fiziki məhdudiyyətli istedadlı insanların çalışdığı ƏSA teatrını da öz dəstəyi ilə təmin edib. Ötən il aztəminatlı ailələrə dəstək olaraq 7500 məktəbli forması təqdim edən şirkət bu il də 13 mindən çox aztəminatlı ailənin uşaqlarını məktəbli ləvazimatları ilə təmin edir. Hazırda çanta, məktəbli forması və digər zəruri məktəb ləvazimatları Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən ailələrə çatdırılır.

“İSR Holding” də bu işlərdə yaxından iştirak edir. Şirkət ötən il 5000 aztəminatlı şəxsə müxtəlif növ geyim əşyaları təqdim edib.

Ötən il COVID-19 pandemiyası ilə əlaqədar yaşı 65-dən yuxarı tənha vətəndaşların infeksiyadan qorunmaq üçün evdən bayıra çıxmadıqları dövrdə onlara evlərində sosial xidmətlərin operativ və səmərəli təşkilində “Azərmaş” ASC mühüm dəstək göstərib. Şirkətdən bunun üçün 100 avtomobil ayrıldı ki, bu da önəmli sosial tərəfdaşlıq nümunəsi oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti