...

Ağstafa və Tovuz parklarında ziyanvericilər aşkarlanıb (FOTO)

Cəmiyyət Materials 22 Sentyabr 2021 17:12 (UTC +04:00)
Ağstafa və Tovuz parklarında ziyanvericilər aşkarlanıb (FOTO)

Bakı. Çingiz Səfərli - Trend:

Ağstafa və Tovuz parklarında ziyanvericilər aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, agentliyin fitosanitar müfəttişləri tərəfindən Ağstafa və Tovuz rayonlarının ərazisində yerləşən parklarda həyata keçirilən monitorinqlər nəticəsində dekorativ bitkilərdə karantin tətbiq edilən yastıcalara, müxtəlif yaş mərhələlərində olan mənənələrə, yarpaqyeyən sovkalara, yarpaq bitlərinə, bağacıqlara, eyni zamanda, qızılgül bitkisinin və cökə ağacının yarpaqlarında göbələk xəstəliyinə (qara ləkə, unlu şeh) zəif sirayətlənmə aşkar olunub.

Bununla bağlı olaraq müvafiq qurumlar məlumatlandırılmış, aparılan mübarizə tədbirləri çərçivəsində mexaniki təmizləmə işləri həyata keçirilmiş və digər zəruri tədbirlər görülmüşdür.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti