...

“Azpetrol” Zəfər Günü münasibəti ilə müharibə iştirakçıları və şəhid ailələrinə yardım edib

Cəmiyyət Materials 5 Noyabr 2021 09:00 (UTC +04:00)
“Azpetrol” Zəfər Günü münasibəti ilə müharibə iştirakçıları və şəhid ailələrinə yardım edib

Bakı. Trend:

“Azpetrol” şirkəti tərəfindən Zəfər Günü münasibəti ilə Azərbaycan Respublikasının ərazi bötüvlüyü uğrunda gedən İkinci Qarabağ müharibəsində iştirakına görə 232 nəfər qazi əməkdaşı və 4 şəhid ailəsinə 300 manat birdəfəlik yardım edilib.

Xatırladaq ki, şirkət vətən müharibəsində həlak olan 4 şəhid əməkdaşının ailəsinə mütəmmadi olaraq hər ay 300 manat yardım edir.

“Azpetrol” şirkəti Vətən müharibəsində iştirak edənlərə cansağlığı, şəhid olan əməkdaşlarımıza Allahdan rəhmət diləyir.

Şirkət Zəfər Günü münasibəti ilə Azərbaycan xalqına səmimi təbrikini çatdırır.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti