...

Bakı geniş infrastruktura malik, eyni zamanda təhlükəsiz şəhərdir - Beynəlxalq Miqrasiya Təşkilatının rəsmisi

Cəmiyyət Materials 25 Noyabr 2021 10:38 (UTC +04:00)
Bakı geniş infrastruktura malik, eyni zamanda təhlükəsiz şəhərdir - Beynəlxalq Miqrasiya Təşkilatının rəsmisi

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı çox gözəl və geniş infrastruktura malikdir, eyni zamanda təhlükəsiz bir şəhərdir.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qiyorqiyev BMqT-nin Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində Miqrasiya üzrə Regional Təlim Mərkəzinin (MRTM) Yol Xəritəsinin tərtib edilməsi üçün birgə tövsiyələrin hazırlanması məqsədilə keçirilən regional seminarda deyib.

O qeyd edib ki, Azərbaycanda miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması böyük əhəmiyyətə malikdir:

“Azərbaycan tərəfinə belə bir mərkəzin yaradılmasına dəstək göstərdiyi üçün təşəkkür edirik”, - V.Qiyorqiyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti