...

Bakı məktəblərində epidemioloji vəziyyət necədir? - AÇIQLAMA

Cəmiyyət Materials 25 Noyabr 2021 16:14 (UTC +04:00)
Bakı məktəblərində epidemioloji vəziyyət necədir? - AÇIQLAMA

Bakı. Çingiz Səfərli - Trend:

Bakı məktəblərində koronavirusla bağlı məsələlər lokal şəkildə həll olunur.

Trend xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, problem olan məktəblər və ya siniflər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə bağlanır. Məktəb və ya siniflər 14 gündən sonra, katantin rejimi bitəndə yenidən əyani tədrisə qaytarılır. Bu problem yavaş-yavaş daha yaxşı istiqamətə yönəlib.

M.Vəliyeva bəzi məktəblərdə idman zalları kiçik olduğundan dərslərin məktəbin həyətində keçirilməsi məsələsinə də münasibət bildirib.

"Bu, proqramlaşdırılmış və təhlil olunmuş şəkildə həyata keçirilir. Mütəmadi olaraq harada problemlər varsa, diqqət o problemin həllinə yönəldilir. Növbəli şəkildə məktəblərin təmiri, infrastrukturun yaxşılaşdırılması istiqamətində də işlər aparılır" - deyə, o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti