...

Brüssel görüşündən gözləntilər nələrdir? - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Cəmiyyət Materials 30 Noyabr 2021 22:37 (UTC +04:00)
Brüssel görüşündən gözləntilər nələrdir?  - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Bakı. Trend:

Aİ Şurasının Prezidenti bu il dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün təşkil edilməsi təklifi ilə çıxış edib.

Trend-in məlumatına görə, Aİ Şurasının Prezidenti postmünaqişə dövrünün reallıqları müstəvisində Azərbaycanın mövqeyinin dəfələrlə dövlət başçısı tərəfindən, o cümlədən beynəlxalq platformalarda səsləndirildiyini və Brüssel Zirvəsinin eyni zamanda bu çərçivədə keçirilməsi nəzərdə tutulan görüşün əlavə imkanlar yaradacağını hesab etdiyini diqqətə çatdırıb…

Trendin məlumatına görə, Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Brüssel görüşündən gözləntilər nələrdir?” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Şəbnəm Həsənova – politoloq, Şakir Ağayev - “Novoye Vremya” qəzetinin baş redaktoru və Elxan Şahinoğlu - siyasi şərhçi mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti