...

Bu gün cibində jurnalist vəsiqəsi olan 25 mindən çox şəxs var - Əflatun Amaşov

Cəmiyyət Materials 10 Dekabr 2021 11:52 (UTC +04:00)
Bu gün cibində jurnalist vəsiqəsi olan 25 mindən çox şəxs var - Əflatun Amaşov

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda media barəsində qanunvericiliyin qəbulundan 20 il keçib, müəyyən dəyişikliklər olsa da, bir sıra məqamlar açıq qalmışdı. “Media haqqında” yeni qanun layihəsi həmin açıq məqamları nəzərə alıb.

Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

Ə.Amaşov vurğulayıb ki, yeni sənəddə onlayn media geniş anlamda media subyeklətlərinə daxil olub.

O qeyd edib ki, bir çox şəxs öz mənafeyinə görə qəzet və ya sayt açırdı və onlara təzyiq göstərmək mümkün deyildi:

“Ona görə də çap mediası ilə bağlı qanun layihəsinə əlavə edilən hissə çox alqışlanandır. Hətta ayrı-ayrı dövlət qurumlarının da öz saytları olurdu. Buna görə də öz xəbərlərini hansısa qəzetə reklam qarşılığında vermək istəmirdilər. Özləri qəzet çap etdirib xəbərlərini məhz orada dərc etdirirdilər. Bir misal da çəkim ki, əvvəl Naxçıvan adında 20-dən çox qəzet vardı. Artıq yeni layihədə bunların qarşısının alınması nəzərdə tutulur. Qanunun əsas mahiyyəti reyestrin yaradılmasının qabarıq formada göstərilməsidir,” - deyə Ə.Amaşov vurğulayıb.

Onun sözlərinə görə, bu gün rəsmi statistikaya görə ölkədə 6000-ə yaxın KİV fəaliyyət göstərir:

“Ayrı-ayrı insanlar özləri üçün sayt və qəzet açıb ayda bir dəfə fəaliyyət göstərirlər. Qəzetləri də qoltuğuna vurub müəssisə-müəssisə gəzirlər. Reyestrin olması bu kimi halların qarşısını almış olacaq. Digər mühüm məqam vəsiqələrin verilməsi ilə bağlıdır. Bu gün ölkədə cibində jurnalist vəsiqəsi gəzdirən 25 mindən çox şəxs var. Bəlkə də bundan sonra vəsiqələrin sayı 2000-dən çox olmayacaq”, - deyə Ə.Amaşov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti