...

Məktəblərdə valideyn komitələri yeni qurumlarla əvəzlənəcək

Cəmiyyət Materials 15 Dekabr 2021 12:54 (UTC +04:00)
Məktəblərdə valideyn komitələri yeni qurumlarla əvəzlənəcək

Bakı. Çingiz Səfərli - Trend:

Yaxın gələcəkdə orta məktəblərdə Valideyn-Müəllim Assosiasiyalarına alternativ idarəetmə qurumunun yaradılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, Valideyn-Müəllim Assosiasiyaları ilə bağlı problemlər artıq bir müddətdir ki, gündəmdədir.

"Qeyd edim ki, bu, məktəblərə sosial dəstək göstərilməsinə istiqamətlənən QHT kimi fəaliyyət göstərir. Bu qurumun fəaliyyətinə məktəb, məktəb müdiriyyəti, müəllim qoşula bilməz. Bu təşkilat yalnız valideynlərin könüllü arzusu ilə fəaliyyət göstərir.

Bu istiqamətdə həm məktəbin təşkilati, həm də inkişafı məsələləri, valideyn-müəllim, valideyn-məktəb fəaliyyətinin düzgün qurulması ilə bağlı ictimai təşkilatların yaradılması fikri müzakirə olunur. Bu istiqamətdə maraqlı təkliflər var. Yaxın gələcəkdə alternativ idarəetmə qurumu olacaq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti