...

Bu il Azərbaycanda ölüm sayı açıqlanıb

Cəmiyyət Materials 16 Dekabr 2021 14:23 (UTC +04:00)
Bu il Azərbaycanda ölüm sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ilin 10 ayında ölkə üzrə 62151 ölüm halı qeydə alınıb.

Trend-in məlumatına görə, əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 7,4 təşkil
edib.

Qeyd olunan müddət ərzində yeni doğulan körpələrin sayı isə 92150 təşkil edib və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0 təşkil edib.

Ümumilikdə ilin əvvəlindən ölkə əhalisinin sayı 31580 nəfər və ya 0,3 faiz artaraq 2021-ci il noyabr ayının 1-i vəziyyətinə 10150713 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti