...

Xəzərin səviyyəsi ən çox bu il düşüb - 35 sm

Cəmiyyət Materials 29 Dekabr 2021 12:55 (UTC +04:00)
Xəzərin səviyyəsi ən çox bu il düşüb - 35 sm

Bakı. Samir Əli - Trend:

Xəzər dənizinin səviyyəsi 2021-ci ildə 35 sm aşağı düşüb.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat konfransında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Nazirlik rəsmisi suyun səviyyəsinin aşağı düşməsinin bəzi ölkələri də narahat etdiyini deyib:

"Dəniz suyunun aşağı enməsi xəzəryanı ölkələr üçün narahatlıq doğurur. Xəzər dənizinin səviyyəsi 2005-ci illə müqayisədə 119 sm enib. Xəzər dənizinin aşağı enmə səviyyəsi ən çox bu il qeydə alınıb. Gələn ilin mart ayında nazirliyin təşəbbüsü ilə konfrans keçiriləcək və alman mütəxəssisləri və s. iştirakı ilə bağlı bu istiqamətdə elmi bazanın yaradılması məsələsinə diqqət yetirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti