...

Almatı hava limanı normal iş rejiminə qayıdıb

Cəmiyyət 19 Yanvar 2022 08:48
Almatı hava limanı normal iş rejiminə qayıdıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Almatı beynəlxalq aeroportu normal iş rejimində çalışmağa başlayıb.

Trend yerli KİV-lərər istinadən xəbər verir ki, bunu hava limanının mətbuat xidmətindən bildiriblər.

"Almatıda fövqəladə vəziyyətin və komendant saatının başa çatması ilə əlaqədar 19 yanvar 2022-ci il saat 00:00-dan etibarən Almatı Beynəlxalq Hava Limanı adi rejimdə fəaliyyətə başlayır”, - deyə hava limanının mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Almatı hava limanı yanvarın 13-də fəaliyyətini bərpa edib. Şəhərdə komendant saatı ilə əlaqədar olaraq hava limanı səhər saat 08:00-dan 21:00-a kimi fəaliyyət göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti