...

Zaqatalada narkotik istifadə edən taksi sürücüsü və sərnişin saxlanılıb (FOTO)

Cəmiyyət 19 Yanvar 2022 08:57 (UTC +04:00)
Zaqatalada narkotik istifadə edən taksi sürücüsü və sərnişin saxlanılıb (FOTO)

Bakı. Trend:

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan rayonun Aşağı Tala kənd sakini Elman Datayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilin sürücüsü nəzarət-yoxlama qaydasında saxlanılıb. Sürücü və nəqliyyat vasitəsində olan sərnişin Aydın Ağayevdə sərxoşluq əlamətləri hiss edildiyindən onlar şöbəyə gətirilib.Hər iki şəxsə təyin edilən ekspertizanın rəyinə əsasən onların marixuana qəbul etdikləri məlum olub.

Digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükə yaradan Elman Datayev və sərnişin Aydın Ağayev barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti